Turizm şirkətlərimiz nə vaxt yeni layihələr həyata keçirəcəklər?
Tarix: 02.10.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Bu gün bir çox dünya ölkələri arasında ən gəlirli sahələrdən birinə çevrilən turizm sektoru ilə bağlı rəqabət getdikcə güclənir. Müxtəlif ölkələr daha çox turist cəlb üçün çoxsaylı layihələr irəli sürür. Dünyanın tanınmış turizm ölkələri, eləcə də qonşu Türkiyədə bu sahədə inkişafı dəfələrlə qeyd etsək də, hələ ki, orada bu sektorla bağlı irəli sürülən layihələrin öz ölkəmizdə reallaşmasının şahidi olmuruq. Bu gün bir faktdır ki, ən kiçik bir turizm imkanını dəyərləndirməklə böyük layihələr həyata keçirilir.
Bugünlərdə T20 turizm nazirlərinin iclası ilə bağlı Antalyaya gələn Türkiyə mədəniyyət və turizm naziri Yalçın Topçu, Müstəqil Səyahət Agentlikləri Təşkilatı(TSS Group) rəhbəri Manuel Molina ilə görüşüb ki, burada Avropadan Türkiyəyə 1,2 milyon turist göndərən TSS Group-un daha çox turist göndərməsini istəyib. Nazir qarşıdakı illərdə təşkilatın gəlirini ikiqat artıraraq Türkiyəyə 2 milyon turist göndərilməsini istəyib. Qarşıdakı tərəf bu iş birliyinə hazır olduqlarını bildiriblər.

İstanbul toy turizmində Hindistan üçün yeni məkana
çevrilir


Son vaxtlar Türkiyənin yararlandığı digər bir turizm növü də diqqəti cəlb edir. Belə ki, son illərdə Yaxın Şərq ölkələrinin yüksək gəlir qrupunun vazkeçilməz toy destinasyonu halına gələn İstanbul indi də hindistanlı subayların məkanına çevrilib.
Xüsusilə də son bir ildir Hindistandan toy mərasiminin təşkili üçün bir çox insan İstanbula gəlir. Türkiyəli mütəxəssislərin fikrincə, Hindistan Türkiyəni yeni-yeni kəşf edir. Bu iş turizmə ciddi valyuta gətirəcək. Gələn il ən az 10 hind toy mərasimi nəzərdə tutulub ki, burada 2-3 min nəfərlik toylardan bəhs edilir. Bu da orta hesabla 80-100 milyon dollar deməkdir. Eləcə də 2016-cı ildə, xüsusilə də İstanbulda bir dəfəyə 8-10 milyon dollar arasında büdcəsi olan hind toy mərasimlərinin böyük maraqla qarşılanacağı bildirilir.
Misir də toy turizmi baxımından böyük potensiala malik olsa da, mövcud siyasi problemlərlə bağlı belə mərasimlər təxirə düşüb. Türkiyə üçün isə bu gün Hindistan hədəf seçilib. Bununla yanaşı, 2016-cı ildə xarici ölkələrdən 1 milyon avrodan artıq büdcəsi olan 50 toy mərasimi həyata keçiriləcək ki, burada Səudiyyə Ərəbistanı, Azərbaycan və Qazaxıstanın adı var.

Yaşlı insana
qulluqdan 60 milyard dollar qazanc

Dünən Türkiyədə 3-cü dəfə reallaşacaq Beynəlxalq Yaş Baharı Turizmi konqresi başlayıb. Burada yaşlanma ilə bərabər, yaşlı iqtisadiyyatı-turizmi mövzuları müzakirə olunacaq. Xüsusilə də Amerika, Yaponiya, Almaniya, Kanada və İngiltərə kimi dünyanın böyük iqtisadiyyatları ilə AB ölkələrində yaşlılığın yaratdığı nəticələrin xərcləri bu ölkələrin iqtisadiyyatlarını alt-üst edəcək səviyyələrə çatıb. AB ölkələrindən Skandinaviya ölkələri başda olmaqla Norveç və Danimarka yaşlılarını öz seçimlərini nəzərə alaraq yaşamaq üçün başqa ölkələrə göndərirlər. Norveç 850 min təqaüdçü və yaşlı vətəndaşını İspaniya, Yunanıstan və Maldivlər kimi ölkələrə göndərirlər. Ancaq bu gün Türkiyə nəzərdə tutur ki, ölkə turizmi 36 milyon turistdən 33 milyard avro gəlir əldə edirsə, 1 milyard yaşlı baxımı üçün turistdən 60 milyard gəlir əldə edə bilər.

İzmirdə turistik
bazar açılacaq

İzmir Ticaret Odası (İTO) rəhbəri Ekrem Demirtaş tarixi Kəməraltı bazarında dəyişikliklərlə bağlı layihə hazırlandığını bildirib. Bildirilib ki, İTO-nun turistik bazarı layihəsi var. Ənənəvi əl sənətləri ilə yanaşı, xüsusi layihə məhsullarını da yaşadacaq bir turistik bazar yaradılması hədəflənir. Bazar üçün ən uyğun yer Başdurak Camii və altındakı dükanlar müəyyənləşdirilib. Bu ərazilər 10 illiyinə icarəyə götürülüb və Kəməraltında keyfiyyətli, yerli və mədəni məhsullarla yanaşı, layihəyə əsaslanmış məhsullara yer veriləcək. Kənd turizmi ilə bağlı E.Demirtaş onu da deyib ki, dünyada turizm sektorunda 6-cı yerdəyik. Mövcud problemlərə baxmayaraq, 8 ayda İzmirə gələn turist sayı 1 milyon 268 min nəfər olub. Görəsən, bizim turizm şirkətləri, bu sahəyə cavabdeh olanlar nə vaxt turizmlə bağlı yeniliklər edəcək, layihələr həyata keçirəcəklər?
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info