Əli Həsənov: “Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir”
Tarix: 02.10.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib, bu seçki də istisna olmayacaq”

“Seçki Mərkəzi Seçki Komissiyası və strukturları tərəfindən təşkil olunur, namizədlərin topladıqları səslərə uyğun mandatları təsdiq edilir. Azərbaycanın 23 illik müstəqillik tarixində 15-ə qədər seçki keçirilib. Bura parlament, bələdiyyə, prezident seçkiləri, referendum daxildir”. Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, 1995-ci ildə çoxpartiyalı sistem çərçivəsində ilk parlament seçkiləri keçirilib, daha sonra Konstitusiya qəbul olunub: “Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq”. Ə. Həsənov bildirib ki, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib: “Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info