Ağdaşda Beynəlxalq Ahıllar Günü qeyd edilib
Tarix: 02.10.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də 1 oktyabr- Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd olunur. Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirdə çıxış edənlər ahılları əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə tənha və kimsəsizlərin daim qayğı və diqqətlə əhatə olunduğunu, bu istiqamətdə aparıcı tədbirlərin həyata keçirildiyini bildiriblər.
Qeyd edilib ki, ölkəmizdə Beynəlxalq Ahıllar Günü 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilməyə başlayıb. Natiqlər 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyini, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq olunduğunu bildiriblər.
Mərasimdə çıxış edən digər natiqlər ahıllara, qocalara, yaşlı insanlara göstərilən hörmət və ehriramdan, qayğıdan söz açıblar.
Tədbir rayon mədəniyyət evinin musiqiçilərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Sonda rayonun ahıl vətəndaşlarına hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info