«Elşad Abdullayev ABU-nun Moskva filialı üçün torpaq sahəsi və binanı erməni dostu Feliks Sarkisyandan alıb»
Tarix: 07.02.2013 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Ramiz Zeynalov: “Bu qardaş qatili hələ də ona-buna şər, böhtan atmaqla gizli çəkilişlərlə özünün qardaşını öldürdüyünü gizlətməyə can atır”


Elşad Abdullayev bəzi üzdəniraq mətbuat orqanlarında saxta informasiyalar yaymaqla tez-tez əlində 400-dən çox videokaset olduğunu bildirir. Özü və nümayəndəsi videokaset məsələsini tez-tez gündəmə gətirməklə hədə və şantaj yolunu tutublar. Amma nədənsə anonsu verilən videokasetlər yayılmır. Bəzi ekspertlər hesab edir ki, bunun səbəbi iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovun “Təzadlar"a verdiyi və E.Abdullayevi ifşa edən müsahibəsidir. Yenidən həmin qəzetə müsahibə verən vəkil səsləndirdiyi faktlarla E.Abdullayevin əsl simasını və məqsədini ortaya qoyub.
Həmin müsahibədə vəkil bildirir ki, Elşad Abdullayevin «mütəşəkkil cinayətkar dəstənin» üzvü kimi təqdim etdiyi Rövşanə Əliyeva heç vaxt Arzu Kazımovun köməkçisi və ya referenti olmayıb. Bu qadın Arzu Kazımovun həyat yoldaşının xalasının qonşusudur: «Kazımovun ailə üzvləri dindar şəxslərdən ibarət olduğu üçün onlar vaxtaşırı olaraq dini mərasimlər keçirir və ehsan verirlər. Keçirilən belə mərasimlərdə Rövşanə də iştirak etmiş və bununla əlaqədar Arzu Kazımovla daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin yaxın dostluq münasibətində olmaları barədə kifayət qədər informasiyaya malik olmuşdur». Vəkil bildirib ki, Rövşanə xanım Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayevlə dost münasibətində olub, təhsil sistemi ilə bağlı birgə işgüzar fəaliyyətləri gerçəkləşdirib, bir-birinin əhvalı barədə məlumatlı olublar. Rövşanə Əliyeva Eldənizlə münasibətindən yararlanaraq ABU-da işə düzəlmək istəmiş və bununla əlaqədar hər iki qardaşa xahişlə müraciət də edib: «Eldəniz qardaşı Mahir Abdullayevin itməsi ilə əlaqədar DİN-in müavini Zahid Dünyamalıyevin artıq onun qardaşı Elşad Abdullayevi qəbul etməməsindən narahatlıq keçirdiyi barədə Rövşanə Əliyeva ilə fikirlərini bölüşmüş və sonuncu əvvəllər tanıdığı Arzu Kazımovla Zahid Dünyamalıyevin dostluğu barədə ona ətraflı məlumat verərək, onları tanış etməyə söz vermişdir. Beləliklə, Arzu Kazımovla Elşad Abdullayevin tanışlığının əsası Rövşanə Əliyeva tərəfindən qoyulmuşdur. E.Abdullayev Arzu Kazımovla tanış olduqdan sonra ona qardaşının oğurlanması və bununla əlaqədar daxili işlər naziri və onun müavini ilə görüşlərində onlara verdiyi məlumatlar, görülən tədbirlər barədə məlumat vermişdir. Həmçinin o, müəyyən müddətdən sonra nazir müavini Dünyamalıyevin onu qəbul etməkdən imtina etməsi barədə məlumat vermiş və ondan Dünyamalıyevlə münasibətlərinin aydınlaşması və oğurlanmış qardaşının tapılması ilə əlaqədar yardımçı olmağı xahiş etmişdir. Arzu Kazımov isə sonradan mütəmadi olaraq Elşadın qardaşının oğurlanması və onun tapılması ilə əlaqədar tədbirlərin görülməsi və ona bu işdə köməklik barədə Zahid Dünyamalıyevdən xahişlər etsə də görülən tədbirlər nəticə verməmişdir. Sonradan bu iki insanın arasında etimada söykənən münasibətlər qurulmuşdur».Vəkil qeyd edib ki, Arzu Kazımov bəzi məsələlərdə ona inanıb, etibar edib. Vəkil bildirir ki, Elşad Abdullayev 27 dekabr 2003-cü ildə Arzu Kazımovun qeyri-rəsmi təsisçisi olduğu “İnşaat Servis-2002 “ şirkətinin inşa etdiyi binada 411 kv.metr sahəsi olan mənzili ABU ilə bağlı problemin həlli ilə əlaqədar alınaraq Təhsil Nazirliyinin bu problemi həll edəcək vəzifəli şəxsinin adına gələcəkdə rəsmiləşdirilməsi ücün razılıq əldə edərək dayısı Sabir Hüseynovla Arzu Kazımov arasında müqavilə bağlamış, Kazımova 500.000 min ABŞ dolları pul vermişdir. Həmin müqavilə, bəzi KİV-lərin oxucuları aldadaraq hüquq doktoru kimi qələmə verdiyi Elşad Abdullayev tərəfindən hazırlanmış və müqavilədə hətta şirkətin adının “İnşaat Servis -2002” olduğu halda, “İnşaat -2002” şirkəti kimi göstərilmişdir: «Görəsən, nəyə görə “hüquq doktoru” bu barədə müqavilə bağlayib 500.000 min ABŞ dollarını Arzu Kazımova özü verdiyi halda, bu müqaviləni özünün adına deyil, dayısı Sabir Hüseynovun adına rəsmiləşdirmişdi?». Vəkil bildirir ki, müqavilədən təxminən 2 ay sonra Elşad Abdullayev rəhbəri olduğu “ERA- ATSC”nin adından yenə də özü hazırlayaraq imzaladığı müqavilədə Arzu Kazımovu mövcud olmayan “İnşaat-2002” şirkətinin rəhbəri kimi göstərmiş və müqavilənin şərtlərinə görə ondan cəmiyyət üçün “Kosmos” mağazasının arxasında inşa edilən yaşayış kompleksindən 50 ədəd bir və iki otaqlı mənzillər alınması üçün bir il altı ay müddətinə 1 milyon ABŞ dolları pul vermiş və həmin müddət ərzində mənzilləri tikintisi başa çatmadığı halda, verdiyi bir milyon ABŞ dollarının 30 faiz sələmi ilə geri qaytarılması barədə A.Kazımovla 5 mart 2004-cü il tarixli müqavilə imzalamışdır.
- Maraqlı məsələyə toxundunuz... Axı E.Abdullayev iddia edir ki, bu pulu qardaşının axtarılıb tapılması üçün verib...
- Elşad Abdullayev hər iki müqavilə üzrə Arzu Kazımova verdiyi pullar barədə qardaşının öldürülməsi barədə istintaq edilən cinayət işi üzrə dəfələrlə 2003-2009-cu illər ərzində zərərçəkən şəxs kimi dindirilsə də bu barədə niyə istintaqa bir dəfə də olsun məlumat verməməsi onu və istintaq orqanını niyə düşündürmür?
Nəyə görə o, guya oğurlanmış qardaşının geri qaytarılması üçün Arzu Kazımova yuxarıda göstərdiyim müqavilələr üzrə verdiyi pul barədə məhz 2012-ci ildə “Azadlıq" qəzeti vasitəsi ilə yaydığı müsahibə və məqalələrində göstərərək, onu təhdid edərək etmədiyi cinayətdə suçlu olduğunu bildirmişdir?
Nəyə görə Elşad Abdullayev bu barədə zərərçəkən şəxs qismində dindirilərkən yalan ifadə vermə və ifadə verməkdən imtina etmə barədə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilərək dindirilən zaman deyil, heç bir məsuliyyət nəzərdə tutmayan şər, böhtan və şantaj xarakterli və heç bir hüquqi əsası olmayan müsahibə və məqalələrinin məlum, ancaq müxalif qüvvələrə məxsus qəzet və saytlarda yerləşdirməklə oxucuları çaşdırmaqda hansı məqsədi güdür? Mən E.Abdullayevin həmin yalanlarını dərc edən, bunu alqışlayan o siyasi qüvvələrə üzümü tuturam: Sizlər bu barədə nəyə görə susduğunuzu yaxşı bilirsiz... Əlbəttə, sizlər onun bu əməllərinin məqsəd və motivini yaxşı bilirsiz, eyni zamanda onun arxasında duran, onu danışdıran, Azərbaycan xalqını və hakimiyyətini, dövlətini, ayrı-ayrı şəxsləri ləkələyən yalan, saxta bəyanatlarla çıxış etməyə sövq edən qüvvənin də təmsilçiləri barədə və həmin qüvvələrin Azərbaycanda dövlət çevrilişi etmək arzusu barədə hamınızın məlumatı olsa da, bu barədə susmağınız başa düşülən deyil. Ancaq bəri başdan deyirəm, ayılın qəflət yuxusundan, bu yuxu sizlərə "Parisli" hüquq doktoru kimi oxucuya təqdim etdiyiniz oğlanın verdiyi pulların müqabilində hələ də şirin görsənir. Bəziləriniz “Parisli elm vunderkindindən" aldığınız pul hesabına ümumiyyətlə, bu işdə vəkil, rəsmi elan edilmiş sözcü, “Parisli dayı" tərəfindən tutdurulaq cəza cəkmiş və hal-hazırda özünü onun nümayəndəsi kimi təqdim edən, ölkədən qaçmağa cəhd etdiyinə, bunun qarşısı alındığına və digər səbəblərə görə Mahirin öldürülməsində şübhəli şəxs hesab etdiyim bacı oğlundan fərqli olaraq, hiyləgərcəsinə xidmətinin istiqamətini gizlətməklə gündəmdə qalmaq xəstəliyindən hələ də azad olmamısınız...
Vəkil Adil İsmayılova böyük sayğı ilə bircə Kürdəmir əsilli “Parisli oğlan”ın əlində olan 400 kasetin yayılacağı təqdirdə cəmiyyətdə firtına, qasırğa baş verəcəyi barədə olan və əgər müsahibəsində dediyi bu fikir müştərisinə deyil, özünə məxsusdursa, bu fikirdən daşınmağı məsləhət bilirəm. Yox, əgər bu fikir “Parisli oğlan"a məxsusdursa, onları tez yaymağı məsləhət bilərdim. Çox istərdim ki, Elşad Abdullayevin bu işi barədə dəyirmi masa təşkil edilsin və bu işdə bu və ya başqa formada maraqlı olan hər bir şəxs, o cümlədən rəsmi qaydada vəkillərin də iştirakı ilə polemika aparılsın, xalq müdafiəsini həyata keçirdiyim müştərilərimzin kimliyi və dediklərinə özü qiymət versin, əgər belə bir dəyirmi masa təşkil edilərsə, inanın ki, orada səsləndirilən və təqdim olunan açıqlamalardan sonra hər bir insan Elşad Abdullayevə nifrətinin hansı səviyyədə olduğunu görəcək... Bu qardaş qatili hələ də ona-buna şər, böhtan atmaqla gizli çəkilişlərlə özünün qardaşının öldürdüyünü gizlətməyə can atır, bu hadisədən 9 il keçməsinə baxmayaraq guya yenə də qardaşının oğurlanması barədə yalanlarından əl çəkmir, guya onu axtarmaqla məşğul olur, bu axtarışlarında isə özündən başqa hamını suçlu sayaraq öz bəd niyyətlərini bu gün də həyata keçirməyi davam etdirir.
İndi Elşad Abdullayevə sual edirəm:
- Əgər sən qardaşını belə sevirdinsə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacın oğlunu, sair qohumlarını da bu işə cəlb edirdin?
-Nəyə görə və hansı əsasla qardaşın Mahirin həyat yoldaşı və 2 övladı olduğu halda, Mahirə məxsus “AMAY” ticarət mərkəzində olan 2 ədəd mağazanı və Rəsulzadə qəsəbəsində yerləşən “Sevinc” restoranını sataraq pulunu onun ailəsinə deyil, dələduzluq yolu ilə özün mənimsəyirdin?
- Nəyə görə, qardaşının öldürülməsindən 9 il keçsə də, onun ailəsinə məxsus əmlakı ələ keçirdin və bu müddət ərzində onlara hər hansı bir formada maddi yardım göstərmirdin?
- Nəyə görə bacın oğlu Azad Mürsəliyev bu günə qədər Mahirə məxsus Bakı şəhəri Yasamal rayonu, Dadaşov küçəsi-68 saylı evin, 62 saylı, 2 otaqlı mənzilini onun ailəsinə qaytarmaqdan imtina edir? Sən isə yaxşı oğlan dayısına oxşayar deyərək, guya həmin mənzilin alış pulunu Mahirə verdiyini bildirir, faktiki olaraq başqasının əmlakını dələduzluq yolu ilə mənimsəyir, sən “Parisli oğlan” da buna göz yumursan? Bu suallara mən sizlərdən və istintaq orqanından cavab gözləyirəm...

R. Zeynalov Təhsil Nazirliyini də ittiham edir:
- TN rəhbərliyi ABU-nun Moskva filialından Bakıya kütləvi “perevod”ları həyata keçirirdi və bu “perevodlar” əsasında sonradan verilən diplomlar Təhsil Nazirliyindən keçirdi. Nazir bilmirdimi ki, həmin Moskva filialında erməni əməli var? Məsələn, məndə sənəd var ki, E.Abdullayev 2005-ci ildə ABU-nun Moskva filialının binasını, torpaq sahəsini, qonaq evini Azərbaycanda aldadılmış bədbəxt tələbələrin və valideynlərin külli miqdarda pulları müqabilində erməni Sarkisyan Feliks Karlenoviçdən 22 sentyabr 2005-ci ildə almışdı... Sonra həmin filial Moskvada Malik Mehdiyev adlı şəxsə tapşırılmış, direktor qoyulmuşdur. Nə qədər pullar Azərbaycandan oraya “perevod” olunmuş və silinmişdir... Hətta məndə məlumat var ki, E.Abdullayevin Moskvadakı bağının, evinin və digər iaşə obyektlərinin alınmasında, indi bu obyektlərin pulunun Fransaya göndərilməsində, Elşad Abdullayevə çatdırılmasında bu ermənilərin böyük xidmətləri var...Deyə bilərəm ki, yuxarıda göstərdiyim hər iki müqavilə barədə Elşad Abdullayev və sözçüsü oxuculara yalan məlumat verərək, guya onların notariat qaydasında təsdiq edilməsi barədə yalan məlumatlar vermişlər... Belə ki, hər iki müqavilə yalnız tərəflər arasında imzalanmış və notarius tərəfindən təsdiq edilməmişdir. Bildiyiniz kimi və oxucuların da diqqətinə çatdırmaq istəyirəm ki, münasibətləri pozulan kimi Elşad Abdullayev Arzu Kazımovdan yuxarıda istinad etdiyim müqavilələr üzrə-mənzil alma ilə əlaqədar, verdiyi 500.000 min ABŞ dollarının və 30 faiz sələmlə verilən 1 milyon ABŞ dollarının qaytarılmasını tələb etmiş, sonradan pulu almaqdan imtina edərək sonuncunun qardaşı Nizami Kazımova məxsus firma və onun balansında olan 2,2 hektar torpaq sahəsini və həmin torpaq sahəsində olan tikilidə yerləşən taxta sexini avadanlıqları ilə birlikdə əvəzləmə müqaviləsi ilə həmin müqavilələrə heç bir dəxli olmayan qaynatası Hüseyin Əhmədovu tərəf kimi ora daxil etmişdir. Bundan sonra isə E.Abdullayev pulun torpaqla əvəz olunması barədə 09 aprel 2005-ci il tarixli 5 tərəfli müqavilə hazırlamış və həmin müqavilə Bakı şəhəri 1 saylı DNK tərəfindən təsdiq edilərək dövlət reyestrində qeydiyyatı aparılmışdır. Əgər bu 5 tərəfli müqaviləni onun bağlanmasından 7 il keçdikdən sonra guya qardaşının qaytarılması üçün Arzu Kazımova verdiyi pulun təsdiqi kimi göstərirsə, onda nəyə görə o, AR MPM-nin 373-cü maddəsi çərçivəsində lazımi tədbirlər gördürmürdü? Mən üzümü onun vəkili Adil İsmayılova tuturam və soruşuram: E.Abdullayev 15 may 2009-cu ildə sonuncu dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib və həmin vaxt yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə müstəntiqin ona təqdim etdiyi iltizama imza atmışdır... Elşad Abdullayev 15 may 2009-cu ildə 15 səhifəlik ifadəsində heç bir yerdə Arzu Kazımova pul verdiyini yazmayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info