Ə.Həsənov: “Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”
Tarix: 02.10.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


“Seçki Mərkəzi Seçki Komissiyası və strukturları tərəfindən təşkil olunur, namizədlərin topladıqları səslərə uyğun mandatları təsdiq edilir. Azərbaycanın 23 illik müstəqillik tarixində 15-ə qədər seçki keçirilib. Bura parlament, bələdiyyə, prezident seçkiləri, referendum daxildir”. Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, 1995-ci ildə çoxpartiyalı sistem çərçivəsində ilk parlament seçkiləri keçirilib, daha sonra Konstitusiya qəbul olunub: “Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq. Milli Məclisə seçkilər azad, ədalətli və şəffaf keçiriləcək".
Ə. Həsənov bildirib ki, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib: “Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info