Polşa səfiri Bakı Slavyan Universitetində olub
Tarix: 02.10.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Oktyabrın 2-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Bakı Slavyan Universitetində qonaq olub. BSU-nun Mətbuat xidmətindən verilən məlumata görə, rektor Asif Hacıyev səfiri salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəndə fəaliyyət göstərən polyak dili və mədəniyyəti mərkəzinin fəaliyyəti barədə məlumat verib.
Marek Tslaka növbəti dəfə BSU-da qonaq olmaqdan məmnunluğunu dilə gətirib. Səfir görüşün məramı barədə danışıb: ”Tələbələrin əksəriyyəti Polşada təhsil almaq istəyir. Təkcə polşaşünaslıq üzrə deyil, digər ixtisaslar üzrə də təhsil almaq arzusunda olanlar var. Bizim məqsədimiz həmin tələbələrə dəstək olmaqdır”. Polşanın tanınmış nümayəndələrinin Azərbaycana səfərlərindən danışan Marek Tsalka bildirib ki, Azərbaycan dili və mədəniyyətinin Varşavada inkişafı üçün səy göstərəcək. Polşa ilə Azərbaycan əlaqələrindən danışan səfir BSU ilə Polşanın ali təhsil müəssisələri arasında əməkdaşlıqla bağlı layihələrdən razı qaldığını dilə gətirib.
Sonda müəllim və tələbələrin polşaşünaslığın inkişafı istiqamətində irəli sürülən təklifləri dinlənilib. BSU-nun Polşa universitetləri ilə əlaqələri barədə müzakirələr aparılıb. Cənab səfir gələcəkdə yeni layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərəcəyini deyib, dəvətə görə BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info