“World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı
Tarix: 02.10.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə “Bayıl Arena” stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini böyük məmnuniyyətlə elan edir. Mançester şəhərinin “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarında iştirak ediblər.
Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib.
Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.
“Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı “Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, “World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçisi” adına həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə “Bakcell” şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR FUTBOL OYNASIN!”, deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.
2015-ci ildən başlayaraq, Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Mançesterə gedəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info