Azərbaycan pavilyonu “Milan Expo 2015” ümumdünya sərgisində mükafat qazanıb
Tarix: 02.10.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Milan Expo 2015” ümumdünya sərgisindəki milli pavilyonu İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin “Towards a Sustainable Expo” (“Davamlı Ekspoya doğru”) proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafatla təltif olunub.
Heydər Əliyev Fondundan verilən məlumata görə, “Milan Expo”da keçirilən təltif olunma mərasimində İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti, İtaliya hökumətinin “Milan Expo”dakı baş komisarı Cuzeppi Sala iştirak edib.
Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyəti vurğulanıb və dizayn elementlərinin seçildiyi qeyd olunub.
Xatırladaq ki, “Milan Expo 2015” ümumdünya sərgisi may ayının 1-dən fəaliyyət göstərir. Oktyabrın 31-dək davam edəcək sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə inşa olunan və “Milan Expo 2015”in mövzusuna uyğun dizayn edilən milli pavilyon “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanır. 1800 m2 ərazidə təşkil olunan 4 mərtəbəli milli pavilyonda Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji, enerji potensialı və unikal biomüxtəlifliyi təqdim olunur.
Milli pavilyon öz dizayn və məzmun kontentinin təqdimatına görə, ümumdünya sərgisində iştirak edən ölkələr, eləcə də sərginin milyonlarla izləyicisi arasında favoritlər sırasındadır. Bu günədək milli pavilyonumuzun 2 milyondan çox ziyarətçisi olub. Azərbaycan pavilyonunun əsas özəlliyini həm də 3 biosferdə tərtib olunmasıdır. Bu biosferlərin hər birində müxtəlif mövzular təqdim edilir. 3 biosferin pavilyonun dizaynına daxil edilməsi həm də planetimizin kövrəkliyinə, onun qorunmasına diqqəti çəkir.
“Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, digərləri klasterlərlə (ekspoziyalar) təmsil olunur.
Sərgi başa çatdıqdan sonra Azərbaycanın milli pavilyonu Bakıya gətirilərək müəyyən olunmuş ünvanda izləyicilərin istifadəsinə veriləcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info