Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirildi
Tarix: 02.10.2015 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Salyan rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” öz işinə başlayıb. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən Forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq olub.
Forum Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.
Forum dövlət himni səsləndirildikdən sonra öz işinə başlamışdır. Açılış nitqi ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyətini vurğulamış, bu təşəbbüsün yaranması zərurəti barədə fikirlərini bölüşüb. O, narkomaniyaya qarşı mübarizə sahəsində QHT-dövlət əməkdaşlığının çox uğurlu təşkili barədə Forum iştirakçılarını məlumatlandırıb. Daha sonra Salyan rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, eləcə də ətraf rayonların gənclər və idman idarələrinin məsul əməkdaşları çıxış edərək, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, həyata keçirilən proqram və layihələr barədə verib, gənclərə müvafiq tövsiyələrini çatdırıblar. Qeyd olunub ki, narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunmaqdadır.
Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iştirakçı gənclərə narkomaniyaya qarşı mübarizə sahəsində məruzələr edilmiş, birgə əməkdaşlıq formaları müzakirə edilmiş və gəncləri maraqlandıran suallar cavablandırılıb. Forumda Salyan və ətraf rayonlardan 500-ə yaxın yeniyetmə və gəncin iştirak edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info