ABŞ daha bir qanlı terrorla dünya gündəminə gəldi
Tarix: 02.10.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Qatil əvvəlcə öldürdüklərinin dini mənsubiyyətini soruşurmuş

ABŞ-da 26 yaşlı Xris Harper Merserin 9 nəfəri güllələyib öldürməsi və 7 nəfəri yaralaması ilə bağlı detallar məlum olub. Belə ki, o, Oregonda yerləşən icma kollecində bu terror hadisəsini törədib. Qeyd edək ki, daha sonra Harper Merser polislə atışmada öldürülüb. Şahidlər bu barədə danışıblar. 18 yaşlı Anastasia Boylan da Harper Mercer kollecdə atəş açanda orda olub. Bu barədə onun atası Stacey Boylan CNN-ə bildirib. O deyib ki, “ölümcül oyun”da sağ qalan qızı cərrahiyyə əməliyyatına məruz qalıb: “Qızım deyir ki, o, professora atəş açaraq bir güllə ilə onu öldürüb. Digərləri yaralanıb və bu zaman qatil oradakıların hamısından bir-bir hansı dinə mənsub olmalarını soruşmağa macal tapıb. O, insanları öldürməzdən öncə, onların hər birinə deyib ki, əgər xristiansa ayağa qalx, çünki təxminən bir saniyədən sonra Tanrını görməyə yollanırsan. Daha sonra o, atəş açaraq onları öldürüb, sonra isə çıxaraq bu qətli digərlərinə qarşı da törətməyə gedib”.
Daha bir şahid də bildirib ki, qatil əvvəlcə öldürdüklərinin dini mənsubiyətini soruşurmuş, sonra atəş açırmış. Şahidlərin bildirdiyindən o da məlum olub ki, qatilin əlində adi əl silahı olub. Amma onun daha sonra şahidlər onun bir neçə silahla atəş açdığını da bildiriblər. Belə ki, şahidlərdən brinin “Facebook”da yazdığına görə, onun əlində 4 silah olub. Onun yetərincə gülləsi olduğunu da bildiriblər. Şahidlər həm də onun az bir zamanda bu qədər insanı öldürə və yaralaya bildiyinə təəccübləndiklərini ifadə ediblər. Onlar terrorçunun bu qədər silah-sursat əldə etməyə və bu boyda qətli törətməyə necə vaxt və imkan edə bildiyindən də çox təəccüblənirlər.
Məlum olduğu kimi, bu cür terror və qətllər seriyası ABŞ-da ən adi hala çevrilib. ABŞ-da adi vətəndaşların kütləvi şəkildə şəxsi silah alma imkanı, hər hansı psixoloji gərginlik nəticəsində, onların qtəl və terror törətmək imkanlarını artırır. Bu baxımdan, dərhal “vestern” janrında çəkilmiş filmlər və vəhşi Qərblə bağlı yazılanlar yada düşür. Yaxud qeyri-ixtiyari belə bir ifadəni xatırlamalı olursan: “Amerikanlar “demokratiyanı” əllərində “Kolt” tapançası ilə qurublar”.
İllərdir, bu ölkədə intensiv və kütləvi şəkildə bu cür qətl və terror hadisələri baş verir və vətəndaşlar həyatlarını itirirlər. İş o yerə gətirib ki, ABŞ polisi üçün də güllələmə adidən adi bir hala çevrilib. On minlərlə insan ABŞ-da məhz bu cür silahlı insidentlər nəticəsində həyatlarını itiriblər. Yaxud bu yaxınlarda belə bir statistika açıqlanmışdı ki, amerikan polisinin bir il ərzində öldürdüyü insanların sayı bütün

“İnsan haqları” ilə bağlı dünya ölkələrinə dərs keçməyə çalışan ölkədə insanlar kütləvi və intensiv şəkildə evdə yemək yediyi yerdə, kollecdə dərs aldığı zaman, yaxud kilsədə ibadət edərkən öldürülürlər. Onların ən adi və təməl hüququ olan yaşamaq hüquqları əllərindən alınır və ABŞ hökuməti müxtəlif (dini, irqi, milli və sair) zəmində baş verən bu cür qətllərin qarşısını almaqda, minimuma endirməkdə acizlik göstərir

Avropa ölkələrində polislə insidentdə öldürülənlərin sayından dəfələrlə çoxdur.
Bundan əlavə, ABŞ-da bu cür terror və qətllər həm də sırf sosial diskriminasiya, irqçilik və dini zəmində törədilir. Məsələn, az öncə dünya, bir gəncin kilsəyə girərək oradakı qaradərililəri amansızlıqla güllələdiyinin şahidi oldu. Yaxud polisin azacıq şübhələndiyi, yaxud ondan qaçan qaradərilini rahatca güllələməsi də ABŞ-da ən adi hallardan birinə çevrilib. Qeyd etmək lazımdır ki, bütün bunlar həm də ölkədə silah və onunla davranış qaydalarına aid qanunvercilikdə də müəyyən problemlərin olduğundan xəbər verir ki, bu da indiyə qədər dünya mediasına müzakirə edilmiş ayrıca bir mövzudur. Burada insan həyatı, insan hüquqları ilə bağlı problemləri aid etmək olar.
O ki qaldı yuxarıda haqqında danışdığımız hadisənin baş verməsinə, bununla bağlı da maraqlı və mübhəm məqam ortaya çıxır. Belə ki, qatilin icma kollecinə gələrək, qurbanlarını öldürməzdən öncə onların dini mənsubiyyətini soruşması sual doğurur.
Beləliklə, bu gün “insan haqları” ilə bağlı dünya ölkələrinə dərs keçməyə çalışan ölkədə insanlar kütləvi və intensiv şəkildə evdə yemək yediyi yerdə, kollecdə dərs aldığı zaman, yaxud kilsədə ibadət edərkən öldürülürlər. Onların ən adi və təməl hüququ olan yaşamaq hüquqları əllərindən alınır və ABŞ hökuməti müxtəlif (dini, irqi, milli və sair) zəmində baş verən bu cür qətllərin qarşısını almaqda, minimuma endirməkdə acizlik göstərir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info