Ermənistanda itaətsizlik kampaniyası başlayır
Tarix: 02.10.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Ermənistanda «Ayağa qalx, Ermənistan» hərəkatı üzvləri bu il oktyabrın 27-dən başlayaraq vətəndaş itaətsizliyi vasitəsilə hökumətin devrilməsi prosesinə başlamaq niyyətindədir. Bu barədə açıqlamanı hərəkatın koordinatoru Andreas Qukasyan məlumat verib.
Qukasyan Milli Qurtuluş Cəbhəsinin oktyabrın 10-dək ölkədə müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra- oktyabrın 24-ə qədər müxalifət qüvvələri növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi tələbi ilə sənəd imzalayacaqlar: «Oktyabrın 27-dən etibarən isə otuz günlük itaətsizlik kampaniyasına başlanılacaq. Biz, bu müddət ərzidnə bütün dövlət binalarına əhatəyə alıb, bu binalara giriş və çıxışı bağlayacağıq»-deyə siyasətçi bildirib.
Qukasyan hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində, eləcə də Qarabağda yerləşən erməni hərbi birləşmələrinin təmas xəttində heç bir gərginlik müşahidə edilmir. Ermənistan hakimiyyəti belə dezinformasiyaları yaymaqla öz problemlərini ictimaiyyətin diqqətindən yayındırmağa çalışır: «Ölkədə heç bir hərbi vəziyyət mövcud deyil, hakim dairələrin əsas hay-həşiri bir məqsədə hesablanıb: rejimi devirmək prosesində müxalifət qüvvələrinin hərəkətının qarşısını almaq»-deyə erməni siyasətçi bildirib:”
Ona görə də mən mən belə hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasındakı bəyanatı onun adi şərhləri arasında hər hansı bir mesajı ehtiva etməyib. Bu standart ifadələrdən ibarət adi bir bəyanat idi. Ona görə də, düşünürəm ki, əgər vəziyyət ciddi idisə, onda əlbəttə, BMT Təhlükəsizlik Şurası "Azərbaycanın təcavüzü ilə əlaqədar» nota qəbul edərdi».
Bu ölkə ilə bağlı başqa bir xəbəri «Joxovurd» qəzeti yayıb. Ermənistan Milli Statistika Xidmətinə istinad edən nəşr ölkədə ermənilərin qürurla təbliğ etdikləri konyak və pivə istehsalının azalması barədə məlumat verib. Ölkə iqtisadçılarının məlumatına görə, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə konyak istehsalı 10,7 faiz, pivə istehsalı isə 12,4 faiz azalıb. Bu sahə üzrə məşğul olan erməni mütəxəssislər bunun əsas səbəbi kimi ölkədə istehsal olunan konyak və pivənin Rusiya rublunun dəyərinin itirməsi ilə əlaqədar bu ölkəyə ixracının kəskin surətdə azalması ilə əlaqələndirirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info