Eynulla Fətullayev Almaniyada jurnalistlərin təqibi ilə bağlı daha bir açıqlama yayıb
Tarix: 07.02.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Almaniya polisi Frankfurt şəhərində keçirilmiş
etiraz aksiyalarını işıqlandıran alman jurnalistlərinin mənzil və ofislərində kütləvi axtarışlar aparıb”

“İnsan haqları uğrunda” İctimai Birlik Almaniyada jurnalistlərin hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb. Birliyin sədri Eynulla Fətullayevin verdiyi məlumata görə, fevralın 6-da Blokupay Frankfurt Hərəkatının (Almaniya) rəhbərliyi “İnsan haqları uğrunda” İctimai Birliyə müraciət edib: “Onlar Almaniyada insan haqlarının kütləvi şəkildə pozulması məsələsinə müdaxilə etməyi və buna münasibət bildirməyi xahiş ediblər. Müraciətdə deyilir ki, Almaniya polis əməkdaşları ötən il Frankfurt şəhərində keçirilmiş etiraz aksiyalarını işıqlandıran alman jurnalistlərinin mənzil və ofislərində kütləvi axtarışlar aparıblar”.

E. Fətullayev deyib ki, fevralın 6-da səhər tezdən azı 10 polis məmuru fotojurnalistlərin mənzil və ofislərində axtarış aparıblar: “Axtarışlar eyni vaxtda Berlində, Brandenburqda, Şimali Reyn-Vestfaliya federal torpağında, Hessendə və Baden-Vürtemberqdə aparılıb. Polislər bir neçə kompyüteri, texniki avadanlıqları, fototexnikanı, Fraybuqrda isə hətta jurnalistlərə məxsus mobil telefonu və dəftərxana ləvazimatlarını da müsadirə edərək, özləri ilə aparıblar. Polisin bu əməlləri qanunazidd olub. Axtarış orderində yazılanlara əsasən, fotojurnalistlər hətta adicə xırda cinayət əməlində də şübhəli və ya ittiham olunan şəxslər olmayıblar. Frankfurtun prokuroru isə 31 mart 2012-ci ildə Frankfurtda keçirilmiş etiraz aksiyasının iştirakçılarına qarşı hər hansı cinayət əməlinin dəlil-sübutunu tapmağa ümid bəsləyir”.
E. Fətullayev bildirib ki, “İnsan haqları uğrunda” İctimai Birlik baş verənlərlə bağlı bəyanat yayıb: ”Bu axtarışlar mətbuat azadlığına və bütövlükdə fundamental demokratik hüquqlara olan hücumdur. Görünür, prokuror polisin bu addımına icazə verib. Polisin bu addımı isə qanunun pozulması və sosial etirazlar barədə məlumatlar yayan peşəkarların təqib edilməsidir. Blokupay Frankfurt hərəkatı fəalı Martin Sommerin sözlərinə görə, “Şübhəli şəxslərin bütün ölkə miqyasında axtarılması öz-özlüyündə böyük qalmaqaldır. Jurnalistlərin qorxudulması və onların fəaliyyətinə əngəl yaradılması demokratik cəmiyyətin sütunlarının sarsıdılmasıdır”.
Qeyd edək ki, Blokupay-alyans bu il mayın 31-i və iyunun 1-i Frankfurtda “Avropa hərəkatı günləri” elan edib. Fevralın 17-də isə Frankfurtda sosial etirazların təşkili ilə bağlı ümummilli müşavirə keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info