Ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdur
Tarix: 03.10.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Oktyabr üçün müəyyənləşən “Top-100”də yenə 5 Azərbaycan şahmatçısı yer alıb. Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdur.
Qrossmeysterimiz ötən ayla müqayisədə bu dəfə 1 pillə irəliləyib. Hazırda 19-cu yerdə olan Rəcəbovun aktivində 2738 xalı var. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da bir rəqibini qabaqlayıb. Aktivində 2736 reytinq xalı olan şahmatçımız 21-ci pilləyə yüksəlib. Rəcəbov və Məmmədyarovdan fərqli, avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç mövqeyini qoruyub. Aktivində 2682 xalı olan Latviya əsilli şahmatçı 57-ci yerdədir. Onlardan fərqli, Rauf Məmmədov və Eltac Səfərli mövqelərini itiriblər. Millidə özlərini sübut edən zəka sahibləri müvafiq olaraq, 94-cü (2657) və 95-ci (2657) yerə eniblər. Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2850 xala malikdi. İkinci yeri Hikaru Nakamura (2816, ABŞ) ələ keçirdiyi halda, Veselin Topalov (Bolqarıstan, 2813) yenə üçüncüdür. Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info