Könüllülərin iştirakı ilə təmizlik aksiyası təşkil edilib
Tarix: 05.10.2015 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birlikdə Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmasına əsasən, Buzovna sahillərinin Bakının ən çox çirkləndirilən çimərliyi olduğu aşkar edilib. Məhz bu səbəbdən təmizlik aksiyası həmin ərazidə həyata keçirilib.
IDEA İctimai Birliyindən bildiriblər ki, “Təmizlik həftəsində təbiət üçün birgəyik” şüarı altında keçirilən aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi dəniz ətraf mühitinin, xüsusilə zəngin canlı aləminin məhvinə səbəb olur.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan yüksək dərəcəli çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə bu cür sosial aksiyalar təşkil edir.
Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olub və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Çimərlik ərazisindəki tullantıların toplanmasında xüsusi fəallıq göstərənlər IDEA İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə təltif olunublar.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar topladıqları tullantıları tərkibinə görə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlayıblar. Daha sonra bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Mövsümündən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info