Yaponiyada əfsanəvi bakılı kəşfiyyatçı Zorgenin yubileyi qeyd edilib
Tarix: 05.10.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Oktyabrın 4-də Yaponiyada əfsanəvi sovet kəşfiyyatçısı, əslən bakılı Rixard Zorgenin anadan olmasının 120-ci ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib.
Mərasim R.Zorgenin Yaponiya paytaxtının yaxınlığındakı Tama qəbiristanlığındakı məzarı yanında təşkil olunub. Sovet kəşfiyyatının əfsanəvi səhifələrini yazmış Sovet İttifaqı Qəhrəmanının xatirəsini anmaq və qəbri üzərinə güllər qoymaq üçün rusiyalı diplomatlar və onun adını daşıyan məktəbin şagirdləri toplaşıblar. Rusiya səfirliyinin hərbi attaşesinin əməkdaşları kəşfiyyatçının məzarı yanında fəxri qarovulda dayanıblar.
Görkəmli sovet kəşfiyyatçısı Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub. İkinci Dünya müharibəsində faşist Almaniyasının Sovet İttifaqına hücumunun dəqiq tarixi barədə məlumatı məhz R.Zorge mərkəzə çatdırmışdı. 1941-ci ilin payızında SSRİ rəhbərliyinə Yaponiyanın yaxın vaxtlarda hücum etməyəcəyi barədə verdiyi məlumat isə Uzaq Şərqdə yerləşən diviziyaları Moskvanın müdafiəsinin təşkilinə cəlb etməyə imkan yaratmışdı.
Sovet kəşfiyyatçısı olan R.Zorge Yaponiyada 1933-cü ildən alman qəzetlərinin müxbiri kimi çalışmağa başlamışdı. Dərin təhlilə əsaslanan analitik yazıları nəticəsində o, tezliklə Almaniyanın Yaponiyadakı səfirliyinə yol tapmış və səfirliyin mətbuat katibi təyin olunmuşdu.
Lakin yapon xüsusi orqanları tezliklə R.Zorgenin qrupu haqqında məlumat əldə edərək onu həbs etmişdilər.
R.Zorge 1944-cü ildə Yaponiya həbsxanasında edam olunub. Ölümündən 20 il sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info