ABŞ Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər verəcək
Tarix: 05.10.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


ABŞ hökuməti Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər vermək barədə qərar qəbul edib.
UNİAN və “censor.net” saytlarının yaydığı məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin televiziya kanallarına müsahibəsində bildirib. O, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bu barədə xüsusi sərəncam imzaladığını açıqlayaraq qərarın Ukrayna üçün diplomatik sıçrayış olduğunu bəyan edib.
P. Poroşenko BMT Baş Assambleyasında ABŞ prezidenti Barak Obama ilə bir neçə dəfə görüşdüyünü diqqətə çatdırıb: “Putinlə görüşündən əvvəl Obama mənimlə görüşdü və biz əsas yanaşmaları koordinasiya etdik. Görüşdən sonra, eləcə də mənim Baydenlə danışıqlarımdan sonra Obama ilə yenidən bir araya gəldik. Bayden mənə Ukraynaya müasir silah nümunələri verilməsi üçün sərəncam imzaladığını bildirdi, hansı ki, bunlar bizə hava kimi lazımdır. Bu müdafiə sistemləri Ukrayna ordusunun effektiv müdafiə imkanlarını xeyli artıracaq. Bu, sözsüz ki, Ukrayna üçün mühüm diplomatik sıçrayışdır”.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya göndərəcəyi hərbi sistemlər düşmənin ağır artilleriyasının və reaktiv atəş sistemlərinin dəqiq koordinatlarını uzaq məsafədən müəyyən edərək onlara zərbə endirməyə imkan verir
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info