İsmayıllı hadisələri ilə bağlı daha bir rəsmi məlumat
Tarix: 07.02.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


«Elşən İsmayıllı qanunazidd çağırışlar edib,
polis əməkdaşlarına daş atıb və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik edib»


Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar. Birgə məlumatda qeyd olunur ki, son günlər "Azadlıq" qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bəzi kütləvi informasiya vasitələrində qardaşı Elşənin İsmayıllı rayonunda ictimai asayişin kobud surətdə pozulması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq zəminində baş vermiş hadisələrlə əlaqədar həbs edilməsinin peşə fəaliyyəti ilə bağlı qisas almaq məqsədi ilə guya ona qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi barədə bəyanatlarla çıxış edir. "Həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən qəti şəkildə təkzib edilir. Elçin İsmayıllının qərəzli və hüquqa söykənməyən çıxışlarını baş vermiş hadisələri siyasiləşdirməyə cəhd kimi qiymətləndirməklə bildiririk ki, qardaşı Elşən İsmayıllı yanvarın 23-24-də İsmayıllı rayonunda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərmişdir. Belə ki, ictimai asayişi pozmağa çalışan rayon sakinlərini bu hərəkətlərdən çəkindirməyə çalışan və onları intizama dəvət edən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanuni tələblərinə məhəl qoymayan E.İsmayıllı fəal şəkildə müxtəlif qanunazidd çağırışlar etmiş, bundan sonra polis əməkdaşlarına daş atmış və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik edib" - məlumatda deyilir. Qeyd edilir ki, cinayət işi üzrə Elşən İsmayıllı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elşən İsmayıllı iş üzrə şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək törətdiyi əməlləri etiraf edib. İctimai qaydanın pozulmasına səbəb olan qeyd edilən qanunazidd hərəkətlərin təşkilatçıları və digər iştirakçıları tutduqları vəzifədən, siyasi mənsubiyyətindən asılı olmayaraq onların əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılmaqla hərəkətlərinə hüquqi qiymət veriləcək, habelə ölkəmizdə ictimai asayişin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş istənilən qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info