Suriyada 700 silahlı hökumət qüvvələrinə təslim olub
Tarix: 05.10.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Suriyanın cənubundakı Dəra əyalətində son bir neçə gün ərzində 700 silahlı və axtarışda olan Suriya vətəndaşları hökumət qüvvələrinə təslim olub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində 450 suriyalı silahlı və barələrində axtarış elan edilən 250-dək sakin silahı yerə qoyaraq dinc həyata dönməyə qərar verib. Təslim olan silahlıların üzərində avtomat, pulemyot və snayper tüfəngi olub.
Qeyd edək ki, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində hökumət silahlılara silahı verməyi və reabilitasiya kursu keçdikdən sonra dinc həyata dönməyi təklif edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info