“İran Air“ Tehran-Bakı-Tehran reysi üzrə uçuşları tezliklə bərpa edəcək
Tarix: 05.10.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşları yaxın zamanlarda bərpa edəcək. Bu barədə “Trend”ə "İran Air"in Bakı ofisinin rəhbəri Müctəba Qulamian deyib.
M.Qulamian bildirib ki, uçuşlar yaxın zamanlarda bərpa olunacaq: “Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır. Ümid edirik ki, tezliklə uçuşlar bərpa ediləcək”.
Qeyd edək ki, "İran Air" aviaşirkəti 1992-ci ildən Azərbaycanda iki istiqamətə Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı istiqamətlərində uçuşlar həyata keçirirdi. "İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşları 2014-cü ilin oktyabr ayından dayandırıb. Uçuşların 2015-ci ilin fevralın 1-dən bərpa olunacağı gözlənilirdi. "İran Air" aviaşirkəti hər həftənin dördünçü günləri Bakıya uçuşlar həyata keçirirdi.
Xatırladaq ki, yaxın vaxtlarda Bakı-Məşhəd aviareysinin də açılması gözlənilir. Trend-in əldə etdiyi məlumata görə, bu reys üzrə uçuşların başlanması ilə bağlı danışıqlar son mərhələdədir. İşlərin tamamlanmaq üzrə olduğu və Bakı-Məşhəd reysi üzrə uçuşların tezliklə həyata keçiriləcəyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“Iteca Caspian” bu il 23 layihə reallaşdırmağı nəzərdə tutur
24.01.2019
“US News and World Report” jurnalı: Azərbaycan biznes mühitinin açıqlığı və iqtisadiyyatın artım tempinə görə ən çox xal toplayıb
24.01.2019
TAP boru kəmərinin dəniz hissəsinin inşasının 10 faizi yekunlaşıb
24.01.2019
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
24.01.2019
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info