Ağdamda möhtəşəm kikboksinq turniri
Tarix: 05.10.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turniri keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Turnirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Vurğulanıb ki, bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir. Qeyd edilib ki, bu turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi müəyyən ediləcək. Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblər, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri mükafatlandırılıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info