Fuad Muradov: “İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər”
Tarix: 05.10.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Maliyyə Nazirliyi ilə həyata keçirilən islahatlar onu göstərir ki, nizam-intizam məsələsinə xüsusi önəm verilir. Yəni əsas xərclər, gəlirlər müəyyənləşdirilir, bununla yanaşı, nizam-intizamın da güclü olması büdcənin düzgün istiqamətdə istifadəsi üçün kömək olur”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən millət vəkili Fuad Muradov deyib. O, büdcə zərfinin müzakirə zamanı bir neçə təklif səsləndirib. İpoteka məsləsinə toxunan deputat qeyd edib ki, buna geniş yanaşmaq lazımdır. “İpoteka təkcə hər hansı gənc ailənin evlə təmin olunması deyil. Bu, eyni zamanda büdcəyə ipoteka ilə evlərin satılması hesabına gələn vergi gəlirləridir. Bu gün belə vəziyyət yaranıb ki, bir çox yeni evlər tikilib, amma alıcılıq qabiliyyəti aşağı olduğundan onlar satılmır. Əgər onlar satılmırsa, deməli dövlət büdcəsinə vergi də daxil olmur. Əgər vergi daxil olmursa, biz müəyyən problemlə üzləşə bilərik. Digər ölkələrdə ipoteka ilə bağlı problemləri biz bilirik. Ona görə hesab edirəm ki, ehtiyatlı yanaşma ilə ipotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər. Eyni zamanda, Azərbaycanda həyata keçirilən yeni tikililər, fiskal siyasət məhz bu gəlirlərin artırılması ilə bağlı olmalıdır. İpoteka təkcə sosial yönümlü məsələ deyil, həm də büdcənin doldurulması ilə bağlı olan məsələdir. Maliyyə Nazirliyindən xahiş edirəm ki, ipoteka ilə bağlı məsələyə təkcə sosial məsələ kimi deyil, xüsusi olaraq büdcənin vergi gəlirlərinin artırılması məsələsi kimi baxılsın. Çünki əslində bu gün tikilən binaların sayı kifayət qədərdir ki, biz müəyyən büdcə istiqamətini onunla doldura bilək”.
F.Muradov gənclərin asudə vaxtının təşkilini də çox vacib məsələ adlandırıb. “Bu həm siyasi, həm də iqtisadi məslədir. Ona görə gənclərlə bağlı bağlı sahəyə xüsusi diqqət yetirilməsini xahiş edirəm”.
Deputat Hesablama Palatasının işinə də toxunub. Qeyd edib ki, qurumun fəaliyyəti nəticəsinə bir sıra neqativ hallar aradan qalxıb. Müxtəlif sahələrdə şəffaflığın təmin olunması istiqamətində işlər aparılıb. Lakin bu fəaliyyət gələcəkdə də davam etdirilməlidir.

Fuad





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info