Naxçıvanda məktəb kompyuterlərinin 84 faizi internetə qoşulub
Tarix: 05.10.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Beynəlxalq Müəllimlər Günü Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyunun 22-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu sərəncam muxtar respublika müəllimlərinin böyük sevincinə səbəb olub, onların işə məsuliyyətini daha da artırıb.
Muxtar respublikada təhsilin inkişafına hesablanmış tədbirlər sırasında təhsil yarmarkalarının təşkilinin mühüm rolu vardır. 2005-ci ildən etibarən muxtar respublikada hər il ənənəvi olaraq keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsidir ki, ötən dövrdə təhsil yarmarkalarında iştirak edən yüzlərlə gənc müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində işlə təmin olunub. Bu il sentyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında 136 nəfər gənc müəllim təyinatı üzrə məktəblərə göndəriş alıb və peşə fəaliyyətlərinə başlayıb.(AZƏRTAC)
Bu gün müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. 2007-ci ildən bu günədək muxtar respublikada 35 müəllimin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması bunun əyani ifadəsidir. Həmçinin müəllimlərdən 65-i Azərbaycan Respublikasının, 83-ü Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 60 müəllim “Tərəqqi” medalı ilə təltif edilib.
Təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı sayəsində son 10 ildə muxtar respublikada 165 təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblərdə müasir tədris şəraiti yaradılıb. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də muxtar respublikada həyata keçirilən tədbirlərin ön sıralarında təhsil quruculuğu dayanır. Bu il Şərur rayonunda Kürkənd, Cəlilkənd, Babək rayonunda Qoşadizə, Xal-xal, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Culfa rayonunda Gal kənd tam orta məktəbləri üçün müasir binalar tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda Naxçıvan şəhərində Naxçıvan Dövlət Texniki və Musiqi kollecləri, Şərur rayonunda Kürçülü, Şərur şəhər 2 nömrəli, Oğlanqala, Axaməd, Yuxarı Yaycı, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Xəlilli, Yarımca, Ordubad rayonunda Gilançay, Tivi, Culfa rayonunda Saltaq, Qızılca, Şahbuz rayonunda Daylaqlı, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbləri, həmçinin yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və Ordubad Şəhər Texniki-Peşə və Sürücülük Məktəbi üçün yeni binalar inşa olunur və ya əsaslı şəkildə yenidən qurulur.
Bu günədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə və 3700 dəst kompyuter quraşdırılıb. Müəllim və şagirdlərin istifadəsinə verilən kompyuterlərin 84 faizi internet şəbəkəsinə qoşulub. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı, yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info