24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olundu
Tarix: 05.10.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Tədbirlərdə ƏƏSMN-nin, adıgedən rayonların İH-nin, əlil ictimai birliklərinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb. Həmin insanlara yönələn Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı vurğulanaraq, eyni zamanda onların pensiya və ya müavinətlə təmin edildikləri, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğu bildirilib.
Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, son illərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi işlərindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işlərindən biri kimi, respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatmış evlər istifadəyə verilməkdədir. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkəmizdə makroiqtisadi sabitlik və tərəqqi dinamikası qorunub saxlanmaqla bərabər, sosial proqramların uğurla davam etdirilməsi də təmin olunur.
Yeni fərdi yaşayış evi ilə təmin olunan ailə üzvləri, eləcə də yerli sakinlər ürək sözlərini bildirərək, müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info