Daldan atılan daş...
Tarix: 07.02.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Əkrəm Əylisli məsələsində radikal müxalif başçılar
niyə indiyə qədər susurdular və onları bu barədə mövqe
bildirməyə nə məcbur etdi?


Ötən saylarımızda qeyd etmişdik ki, Əkrəm Əylislinin Azərbaycan xalqına və cəmiyyətinə qarşı nankorluğu, təhqirləri Ermənistanın və ermənilərin xeyrinə bağışlanılmaz bir addım kimi dəyərləndirilir. Ona görə də cəmiyyət müxtəlif səviyyələrdə bu olaya qarşı barışmaz münasibətini ifadə edib.

Bildirmişdik ki, ictimai fəal insanlar, ziyalılar, siyasətçilər, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri və sair kateqoriyalardan olan insanlar olayı birmənalı olaraq pisləyən fikirlərini ifadə ediblər. Amma cəmiyyətin bütün kateqoriyalarından olan nümayəndələrin Əylislinin ermənipərəst mövqeyinə və onun “Daş yuxular” adlı cızma-qarasına etirazlarını bildirmələrinə baxmayaraq, radikal müxalifət başçıları bu məsələdə susurdular. Belə ki, konkret olaraq AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı İsa Qəmbər indiyə qədər Əkrəm Əylislinin sözügedən əməli ilə bağlı mənfi münasibət bildirmək istəmirdilər. Ayrı-ayrı müxalifət mənsubları Əylislini qınasalar və onun əsərini cəfəngiyyat, Azərbaycan xalqına qarşı hədyan və təhqir kimi qiymətləndirsələr də, Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılar bu məsələdə söz deməkdən, fikir bildirməkdən yayınırdılar. Bu isə haqlı olaraq prosesləri izləyənlərdə sual doğururdu ki, niyə onlar Azərbaycan xalqının heysiyyətini tapdalayan həmin adama qarşı hələ də bir fikir bildirməyiblər? Ona görə də media, o cümlədən biz həmin müxalif başçıların bu məsələdə də vətəndaş məsuliyyətindən yayınmaq istəməsini qeyd etmişdik. Bu isə eyni zamanda həmin müxalif başçılara yönəlmiş ictimai qınaq demək idi. Görünür, həmin müxalif başçılar özlərinin milli həmrəyliyə zidd olan susqun mövqelərinin ifşa edilməsinin, ictimai qınağın həm də onlara yönəlməyə başlamasının fərqindədirlər. Elə buna görə də onlar həmin mövqelərini dəyişməyə və könülsüz də olsa bəyanatla çıxış etməyə məcbur olublar. Həmin başçıların təmsil olunduğu “ictimai palata” dünən bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda spekulyativ bir neçə frazadan sonra nəhayət bildirilir ki, “ictimai palata” “bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir”. Göründüyü kimi, “ictimai palata”nın bu cür məcburi münasibəti həm də gecikib və ictimai qınaq qorxusundan yayılıb. Necə deyərlər, daldan atılan daş topuğa dəyər...

Əkrəm Əylisli niyə
Azərbaycan mediasına yox, xarici KİV-ə
üstünlük verir?

Digər tərəfdən Əkrəm Əylisli məsələsi ilə bağlı yeni nüanslar ortaya çıxmaqdadır. Belə ki, ötən sayımızda qeyd etmişdik ki, Əkrəm Əylisli öz yaramaz əməlinə qarşı ictimaiyyətin haqlı iradlarının, qınağın qarşısında dayanmaq, tənqid olunmaqda dözümsüzlük göstərir. “Daş yuxular” adlı cızma-qarasında Azərbaycan xalqına qarşı ağır ittihamlar, təhqirlər işlətməsi azmış kimi, Əylisli cəmiyyətin qınağını “sovet dövrünün 37-ci il repressiyası” kimi də adlandırmışdı. Bu, bir daha onun Azərbaycan cəmiyyətinə şər atmaq mövqeyindən əl çəkmədiyini, eyni zamanda onun təfəkkür tərzi ilə milli düşüncə və həmrəylik arasında böyük uçurum olduğunu göstərir. Digər tərəfdən isə o, hazırda öz “qəhrəmanlıqları” ilə bağlı olaraq əsasən, xarici KİV-ə, ya da xarici KİV-in ölkədəki nümayəndəliklərinə açıqlamalar verməyə başlayıb. Məsələn, bildirmişdik ki, ilk günlərdən bu adam erməni KİV- nə bu barədə həvəslə intervyu vermişdi və erməni KİV-ləri onun fikirlərini yaymışdılar. Həmçinin, “Azadlıq” radiosuna və sair xarici KİV-ə Əylisli Azərbaycan mediasından daha çox etibar edir. Belə görünür ki, bu adam qəlbində Azərbaycana qarşı ciddi həqarət bəslədiyi kimi, Azərbaycan KİV-nə müsahibə verməyə də bir elə həvəsi yoxdur. O, Azərbaycan xalqına və mediasına da etibar etmir. Həmçinin xarici KİV-lə özünü daha çox “məşhurlaşdırmaq” imkanı qazanacağını düşünür. Buna görə də xarici media arxasınca qaçmağa başlayıb...
İLKIN







 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info