“İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır”
Tarix: 05.10.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


İran polisi digər müsəlman ölkələrindən olan polis qüvvələri ilə birlikdə Məkkədə zəvvarların nizam-intizamını təmin etməyə hazırdır. Bu barədə İSNA agentliyi İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general Hüseyn Əştəriyə istinadən məlumat verir.
H.Əştəri Minada baş verən hadisə zamanı Səudiyyə Ərəbistanı polisinin məsuliyyətini düzgün yerinə yetirmədiyini bildirib: "Əgər Səudiyyə Ərəbistanı Allah evinin zəvvarlarının nizam-intizamını təmin etmək öhdəliyini düzgün yerinə yetirə bilmirsə, bu işin məsuliyyətini İslam ölkələri polislərinə təhvil versinlər".
H.Əştəri deyib ki, İran polisi bu öhdəliyi ən yaxşı formada yerinə yetirə bilər: “Mina faciəsində əsas amil Səudiyyə Ərəbistanı polisinin məsuliyyətsiz hərəkətidir. Əgər onlar iradə nümayiş etsəydilər, bu böyük faciənin qarşısını ala bilərdilər və yaralıları xilas edə bilərdilər”.
Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 465 nəfərdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info