Gimnastımız Tokioda bürünc medal qazanıb
Tarix: 05.10.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Tokioda bədii gimnastika üzrə “AEON Cup - 2015” klublararası Dünya Çempionatı başa çatıb.
Ənənəvi çempionatda 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən iki senyorka və bir yuniorka ilə təmsil olunub. Yarışmanın yekunlarına görə, Azərbaycanın Marina Durunda, Ayşən Babayeva və Jalə Piriyevadan idarət “Ocaq Sport Club” komandası beşinci yeri tutub. Rusiyanın “Qazprom” komandası birinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası ikinci, Belarusun “Dinamo” komandası isə üçüncü yerdə qərarlaşıblar. Budəfəki çempionatda da fərqlənən yuniorka Jalə Piriyeva bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək ballar alıb. Yarışdan sonra təəssüratlarını bölüşən gimnastlarımız Gündoğar ölkədəki həmyerlilərimizə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Jalə Piriyeva isə vurğulayıb ki, belə mötəbər yarışda yüksək yer tutması onu çox sevindirir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info