“Qarabağ” Premyer Liqanın vahid lideri oldu
Tarix: 05.10.2015 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turunun oyunlarına yekun vurulub. Gəncə şəhər stadionunda “Sumqayıt” komandasını qəbul edən “Kəpəz” komandası rəqibinə 3-1 hesabı ilə qalib gəlib.
Meydan sahiblərinin heyətində Junior Osvaldo dubl edib, Rəşad Eyyubov bir dəfə fərqlənib. “Sumqayıt”ın heyətində isə Uğur Pamuk qolun müəllifi olub.
Turun daha çox maraq doğuran görüşü isə “İnter” və “Qarabağ” kollektivləri arasında olub. Belə ki, görüşdən əvvəl hər iki komanda liderlər sırasında idi. Baş hakim Elvin Əsgərovun idarə etdiyi matç Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Dani və Reynaldonun vurduqları qollar Avropa Liqasında da uğurla çıxış edən Qurban Qurbanovun komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində xallarının sayını 17-yə çatdıran “Qarabağ” çempionatın vahid liderinə çevrilib. Turun Qəbələ şəhər stadionunda keçirilən sonuncu qarşılaşmasında isə “Qəbələ” və “Xəzər Lənkəran” kollektivləri üz-üzə gəlib. Avropa Liqasının qrup mərhələsində səfərdə Rusiyanın “Krasnodar” klubuna məğlub olduqdan sonra Roman Qriqorçukun yetirmələri Azərbaycan Premyer Liqasındakı vəziyyəti düzəltməyə çalışıb. Baş hakimi Rəhim Həsənov idarə etdiyi oyunda Qəbələ şəhərinin komandası Lənkəran təmsilçisini 6:0 hesabı ilə darmadağın edib. Oyunda rəqib qapısından topları “Qəbələ”nin heyətində Dodo, Aleksey Qay, Aleksey Antonov, Ermin Zets və görüşdə dubl edən Fakundo Pereyra keçiriblər. Beləliklə, Roman Qriqorçukun yetirmələri klubu 16 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Çempionatın üçüncü pilləsində 15 xalla “Zirə” qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info