“Putin dünyanın Vaşinqtonun tabeliyində olmasına son qoyacaq”
Tarix: 06.10.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Dünya artıq beynəlxalq hüquq normalarının Rusiya
deyil, Vaşinqton və onun vassalları tərəfindən pozulduğunu
başa düşməkdədir”


Sabiq amerikalı məmur, “Wall Street Journal” nəşrinin aparıcı yazarlarından olan Pol Robertsin son dövrlərdəki fəaliyyəti xüsusi diqqət çəkir. Qeyd edilməlidir ki, onun internet köşələrinə dünyanın bütün nöqtələrində maraq göstərilir. Pol Robertsin Kanadanın “Global Research” nəşrindəki məqaləsinin də oxucu diqqətindən kənarda qalmayacağı şübhə
doğurmur.

Məqalədə qeyd edilir ki, bu ilin 28 sentyabrında bütün dünya Rusiya ilə Vaşinqton arasındakı fərqi gördü. Belə ki, Putinin dünya hadisələrinə yanaşması əslində bütün reallıqları çılpaqlığı ilə ortaya qoydu. Amma Obamanın yanaşması barədə bunları demək çətindir. Əslində Amerika prezidentinin yanaşması artıq ehtiyatı sona çatmaqda olan yalan və lovğalığın simvolu idi: “Əsrin ümumbəşəri yalanı barədə həqiqəti söyləməklə Putin inqilabi hərəkəti etdi. O, çıxışında Vaşinqtonun Yaxın Şərqə, Şimali Afrikaya, eləcə də Ukraynaya gətirdiyi qırğın və xaosun nəticəsi olaraq bu ərazilərdə terrorçuların güc əldə etməsinin şəkilini çəkdi. O, Vaşinqtona ünvanlanan belə bir suala cavab istədi: “Siz indi nələr törətdiyinizi dərk edirsinizmi?”. Putinin bu sualı mənə Cozef Uelçin senator Cozef Makkartiyə “Sizdə bir damla da olsa, düzlük qanı varmı?”- sualını xatırladır. Belə hesab edilir ki, Uelçin bu sualı Makkartinin karyerasının qürubunun başlanğıcına təkan verib. Bəlkə də, Putinin də bu sualı həmin effekti verəcək və “müstəsna Amerika” hakimiyyətinin altından xətt çəkəcək. Əgər, bu baş verərsə, yəni, Putin inqilaba başlayarsa, bu, dünyanın Vaşinqton tabeliyində olmasına son qoyacaq. Putin Rusiyanın Suriyada hərbi əməliyyatlar həyata keçirməsinə qanuni olmasına işarə vuraraq Suriya hökumətinin xahişini ön plana çəkir. O, Rusiyanın beynəlxalq hüquqa olan hörmətini, Suriyanın suverenliyini pozan, bu ölkəyə qeyri-qanuni hərbi müdaxilə edən Vaşinqton və Fransanın davranışı ilə müqayisə etdi. Dünya artıq beynəlxalq hüquq normalarının Rusiya deyil, Vaşinqton və onun vassalları tərəfindən pozulduğunu başa düşməkdədir. Vasinqtonun öz həqiqətinə riyakarcasına inamı ancaq öz şəxsi maraqlarını reallaşdırmağa hesablanıb. Bu ölkə ancaq yalan arsenalına əsaslanır. Vaşinqtonun dezinformasiya aparatı tam gücü ilə fəaliyyət göstərir. BBS-nin müxbirləri Ümumdünya Ticarət Mərkəzinin çökməsi barədə ilk məlumatı yayan vaxtda, mərkəz öz yerində idi. Həmin ssenari Suriyada da davam edir. Vaşinqton bu Şərq ölkəsində Rusiyanın hava hücumu başlamazdan əvvəl mülki şəxslər arasında xeyli itki olduğu barədə məlumatlar yaydı. Vaşinqtonun bu mesajına Putin “Rusiya təyyarələrinin hələ heç bir uçuş etməməsi” barədə açıqlama verdi. Bəlkə də elə bunun nəticəsidir ki, Avropa ölkələrinin kortəbii surətdə itaət etdikləri Vaşinqtonun başladığı və Avropa dövlətlərinin dəstək verdiyi müharibədən qurtulmağa çalışan yerli əhali indi qitəni qaçqın problemi ilə üz-üzə qoyublar. Artıq avropalılar da Vaşinqtona xidmətin əsl dəyərini anlamağa başlayıblar. Elə bunun nəticəsidir ki, Avropadakı hakim siyasi partiyaların nüfuzu ciddi zərbə altındadır. Yeni formalaşmaqda olan partiyalar Vaşinqtonun təkəbbür dolu səhvlərinin nəticələrindən özlərini qorumaq üçün daha müstəqil yol seçirlər. Belə görünür ki, imperiyanın dağılması yaxındadır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info