Şəkidə müəllimlər mükafatlandırılıb
Tarix: 06.10.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Beynəlxalq Müəllimlər Günü münasibətilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında bayram tədbiri keçirilib. Qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, müəllimləri peşə bayramları münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolunu yüksək qiymətləndirib. Vurğulanıb ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan çox asılıdır.
Bildirilib ki, zəngin maarifçilik ənənələri olan Şəkidə elmə, təhsilə, müəllimə həmişə yüksək münasibət bəslənilib və bu ənənə indi də davam edir. Şəki müəllimləri bu il də öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, ali məktəblərə qəbul imtahanlarında, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğurlar qazanıblar.
Diqqətə çatdırılıb ki, Şəki təhsilinin əldə etdiyi uğurlar hər il olduğu kimi, bu il də dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla şəhər 10 nömrəli məktəbin müəllimi Nailə Şərifova “Əməkdar Müəllim” fəxri adına, şəhər 8 nömrəli məktəbin direktoru Səttar Ələsgərov isə “Tərəqqi” medalına layiq görülüb. Ümumiyyətlə, son illər rayonun 12 müəllimi “Əməkdar Müəllim” fəxri adına layiq görülüb, 6 müəllim “Tərəqqi” medalı ilə təltif olunub. Bundan əlavə, 6 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, 4 nəfər isə “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb.
Tədbirin sonunda rayonun qabaqcıl müəllimlərinə mükafatlar təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info