“Azərpoçt”un 2,5 min əməkdaşı elektron tədris vasitəsilə təlimdən keçib
Tarix: 06.10.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşlarının hazırlıq və ixtisas artırma prosesi tam şəkildə elektron tədris vasitəsilə həyata keçirilir. Hazırda poçt şöbələrində çalışanların biliklərinin artırılması üçün 19 elektron təhsil kursu işlənib hazırlanmışdır. Tədris SİNAM şirkətinin təqdim etdiyi CLIX tədris sistemilə həyata keçirilir. SİNAM şirkəti sözügedən tədris prosesinə həm də texniki dəstək göstərir.
Distant kurslar “Azərpoçt” şöbələrində əhaliyə əməliyyat xidmətlərini göstərmək üçün gərəkən tam biliklər paketini daxil edir. Əməliyyatçılar müxtəlif əməliyyatları yerinə yetirmək üçün müvafiq bilikləri əldə edir, müştərilərlə ünsiyyət qaydalarını, biznes-etikanı və s. öyrənir. Bundan əlavə, Microsoft-un ofis proqramlarının istifadəsi üçün də nəzərdə tutulan bir neçə kurs da hazırlanmışdır.
Tətbiq edilmiş model çərçivəsində bütün əməkdaşlar tədris kurslarında distant, yəni iş yerini tərk etmədən və uyğun bir vaxtda keçə bilər. Biliklərin sınağı da onlayn rejimində “Azərpoçt”un baş ofisində nəzarətçilərin iştırakı ilə həyata keçirilir. Hazırda 2,5 mindən çox əməkdaş artıq elektron tədris kurslarından keçib.
Yaxın zamanlarda “Azərpoçtun”un regional şöbələrinin də əməkdaşları öz ixtisaslarını qeyd olunan elektron təhsil sisteminin yardımılə artıracaqlar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info