1800-dən çox mühacir xilas edilib
Tarix: 06.10.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Aralıq dənizinin Liviya sahillərində idarə olunmayan 6 üzən vasitənin göyərtəsindəki 1830 mühacir xilas edilib. “RİA Novosti” informasiya agentliyi xəbər verir ki, sahil mühafizə xidmətinin məlumatına görə, onlar qəzaya uğrayan 4 gəminin göyərtəsində və 2 rezin qayıqda olublar. Avropa İttifaqının Aralıq dənizində qanunsuz mühacirlərin daşınması ilə mübarizə məqsədi ilə apardığı hərbi-dəniz əməliyyatlarında 3 İtaliya, 1 Britaniya və 1 İrlandiya xilasetmə gəmisi iştirak edib.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən, bu ilin əvvəlindən etibarən Avropaya 500 minə yaxın mühacir gəlib. Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınlar Avropaya qaçaqmalçıların köməyi ilə Aralıq dənizi vasitəsilə keçməyə çalışırlar. Bu cür “səyahətlər” nəticəsində mühacirlərin bir hissəsi sahilə çatmamış tələf olur. BMT-nin hesablamalarına görə, ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd edən 3,9 min mühacir və qaçqın həlak olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info