Yevlax və Bərdədə 16 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə verildi
Tarix: 06.10.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 11-i Yevlax rayonunda, 5-i isə Bərdə rayonunda olmaqla, daha 16 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Bununla da son iki gündə Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, respublikamızın bölgələrində tikintisi aparılan evlərdən inşası başa çatmış 40 fərdi ev qeyd olunan kateqoriyalardan olan şəxslərin istifadəsinə verilib.
Evlərin təqdim olunması tədbirlərində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, əlil ictimai birliklərinin və həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından bəhs olunub. Bildirilib ki, iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycan iqtidarının sosialyönümlü siyasətinin bariz təzahürü kimi, ölkəmizdə bütün sosial proqramlar uğurla davam etdirilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı respublika hökumətinin cari ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunlarına dair iclasda "Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik", deyə vurğulayıb.
Azərbaycanda sosial proqramlardan biri olaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla davam etdirilir. Bu ilin iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək.
Tədbirdə qeyd olunan şəxslərin sosial təminatının gücləndirilməsi üçün digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs olunub. Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial firavanlığının təmin olunması üçün aparılan uğurlu siyasətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info