Türkdilli ölkələrin ədəbiyyat üzrə ümumi dərsliyi olacaq
Tarix: 06.10.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclası keçirilib.
Tədbiri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli açıb və Türk Dövlət Başçılarının Sammitinin qərarına əsasən “Ortaq türk ədəbiyyatı” dərsliyinin hazırlanmasının qarşıya qoyulduğu nəzərə çarpdırılıb. O, 2014-2015-ci illərdə “Ortaq türk tarixi” dərsliyinin hazırlanması və geniş müzakirələrdən sonra artıq çapa təqdim edildiyini bildirib. Qeyd olunub ki, Türk dünyası Ədəbiyyat institutları direktorları rəhbərlik etdikləri institutların alimləri ilə birlikdə 2015-2016-cı illərdə “Ortaq türk ədəbiyyatı”nın proqramını və dərsliyini hazırlayaraq çap üçün təqdim etməlidirlər.
Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında hazırlanması nəzərdə tutulan “Ortaq türk ədəbiyyatı” dərs kitabının əhatə dairəsi və strukturu ilə bağlı məsələlər müzakirə obyektinə çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iclasda “Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Qırğızıstan Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər üzrə vitse-prezidenti, akademik Abdildacan Akmatalıyev, Türkiyə Dil Qurumunun başqanı, professor Mustafa Kaçalin, Lev Qumilyov adına Qazaxıstan Dövlət Avroasiya Universiteti Ədəbiyyat kafedrasının müdiri, akademik Seit Kaskabasov, Tatarıstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Sənət İnstitutunun direktoru, professor Kim Minullin və Qazaxıstan Elm və Təhsil Nazirliyinin Ədəbiyyat İnstitutunun direktoru, professor Ualixan Kalicanov türk xalqları ədəbiyyatı tarixinin təqdim olunan dövrləşdirilməsi konsepsiyasına dair fikir və mülahizələrini bildirərək məruzəçiyə suallar veriblər. Geniş müzakirələrdən sonra “Ortaq türk ədəbiyyatı” dərsliyi üçün ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini bölgüsü əvəzinə akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib.
Bundan başqa, Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında Beynəlxalq Türk Akademiyasının nəşrini nəzərdə tutduğu “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin müzakirəsi keçirilib. Müzakirələr nəticəsində birinci on cildə daxil olan türk dillərində yazılmış ortaq əsərlər müəyyən olunub və həmin əsərlərin çapa hazırlanması haqqında qərarlar qəbul edilib. Mahmud Kaşqarinin “Divani-lüğət-it Türk”, Yusif Balasaqunlunun “Kudatku-bilik” və Orxon-Yenisey kitabələrinin Türkiyə Dil və Kültür Qurumları, Əlişir Nəvainin əsərlərinin Özbəkistan Elmlər Akademiyası, “Manas” dastanının Qırğızıstan Elmlər Akademiyası, Xoca Əhməd Yəsəvinin “Divani-hikmət” əsərinin Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlanması tövsiyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, “Koroğlu” dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürüb. Sonda Türkdilli respublikaların Ədəbiyyat institutları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib. Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıb. Türk dünyası Ədəbiyyat institutları direktorlarının növbəti toplantısının 2016-cı ilin yazında Kazan şəhərində keçirilməsi qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info