“The Atlantic”: “6-7 yaşlı yapon uşaqların müstəqil yola çıxmalarının səbəbi nədir?”
Tarix: 06.10.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Ekspertlər bildirir ki, bu, “qrup etimadı” ilə bağlı olan məsələdir

ABŞ-ın “The Atlantic” media qurumunda müəllif Selena Hoy yapon məktəblilərinin məktəbə heç kəsin yardımı olmadan gedib-gələ bildikləri ilə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir ki, yapon ictimai nəqliyyatında belə bir mənzərəni tez-tez müşahidə etmək mümkündür: “Uşaqlar tək və ya kiçik qruplarla nəqliyyatda yol gedirlər və ya özləri üçün oturmağa boş yer axtarırlar. Bu uşaqlar əksər hallarda 6-7 yaşlarda olmaqla, dərsə gedirlər. Onları kimsə müşayiət etmir və sərbəstcə gedib-gəlirlər”.
“Mənim ilk tapşırığım” adlı populyar tele-şouda 2-3 yaşlı uşaqları göstərirlər. Onları öz ailələri üçün nələrisə yerinə yetirməyə göndərirlər. Onlar qərarsız halda tərəvəz mağazasına və ya digər bir yerə gedərkən kameraya çəkilirlər. Bu şou artıq 25 ilə yaxındır davam edir.
12 yaşlı Kaito 9 yaşından başlayaraq, ayrılmış valideynlərinin evləri arasındakı yolu qatarla qət edir. O, bu barədə bildirib: “Əvvəlcə bir qədər qorxurdum. Çünki bilmirdim ki, qatarda tək gedə biləcəm, ya yox. Amma lap az qorxum var idi. İndi isə hər şey çox asan və sadədir”. Onun valideynləri əvvəlcə uşaqlarını qorxu altında tək buraxırdılar, sonradan isə onun yetərincə böyük olduğunu güman edərək sakitləşiblər. Həm də Yaponiyada bu cür uşaqların çoxu yola çıxır və bunu çox rahat bir şəkildə edirlər. Uşağın analığı bu barədə bildirir: “Doğrusu, o vaxt fikirləşdim ki, qatarlar bizdə təhlükəsizdir, onlar vaxtında gəlir və orda istiqaməti təyin etmək asandır, Kaito isə ağıllı oğlandır”. Kaitonun analığı daha sonra qeyd edir: “Mən Tokioda qatarla gedəndə ondan da kiçik idim. O zamanlar bizdə mobil telefonlar yox idi, amma mən onsuz da çox uğurla bir məntəqədən o birinə gedə bilirdim. İndi isə uşaq itəndə bizə zəng edə bilər”.
Bəs bu cür sərbəstliyi necə aydınlaşdırmaq olar? Mədəniyyət antropologiyası üzrə mütəxəssis Dueyn Dikson qeyd edir ki, bu, “qrup etimadı” ilə bağlı olan məsələdir. Dikson yapon gəncliyi ilə bağlı dissertasiya yazıb. O qeyd edir: “Yapon uşaqları çox tez buna alışırlar və onlar hər kəsi lazım olanda köməyə çağıra bilirlər”.
Onun sözlərinə görə, bu etibar məktəbdə möhkəmlənir, orada uşaqlar növbə ilə qabları yuyurlar və nahar verirlər. Onlar bu baxımdan yetkin xidmətçi personalı əvəz edirlər. Belə olduqda, uşaqlar arasında erkən yaşlarda əmək bölgüsü gedir, onlar müstəqil halda müxtəlif işləri, hətta tualetlərin yuyulmasını da öyrənirlər”.
Ümumi məkana görə cavabdehlik ona gətirib ki, uşaqlar özlərinin hüquqları ilə fəxr edirlər və qeyd edilən hallarda işlərinin öhdəsindən yaxşı gəlirlər. Bu cür etik norma bütün ümumi istifadə yerlərində tətbiq edilir. Bu isə həm də yapon uşaqlarının niyə bu cür təmiz olmasını göstərir. Kütlə içinə düşən uşaq anlayır ki, fövqəladə hallarda kollektiv ona mütləq yardım edəcək.
Yaponiyada cinayəktarlıq səviyyəsi çox aşağıdır, valideynlər həm də buna görə sakit və arxayın halda uşaqlarını küçəyə tək buraxırlar.
Bundan başqa məhdud şəhər məkanı da təhlükəsiz mühit formalaşdırır: “İctimai məkan yaxşı hesaba alınıb. Yapon şəhərlərində insanlar piyada getmyə öyrəşiblər, ictimai nəqliyyat isə avtomobil mədəniyyətinə üstün gəlir.
Tokioda hərəkətin tən yarısı qatar və avtobuslarla edilir. Dörddəbiri isə ayaqladır. Sürücülər isə piyadalara və velosipedçilərə yolu güzəştə getməyə öyrəşiblər.
Kaitonun analığı deyir ki, o, doqquz yaşlı uşağa London və ya Nyu-York metrosunda getməyə icazə verə bilməzdi. Onun fikrincə, bunun üçün yalnız Tokio metrosu yararlıdır. Demək olmaz ki, Yaponiyada yeraltı hərəkət 100 faiz təhlükəsizdir. Orada qadın və qızların arxasınca düşmələr olduğu üçün, 2000-ci ildən metronun bir neçə qolunda yalnız qadınlar üçün vaqonlar var. Bununla belə, çoxlu şəhər uşaqları sakit halda özləri mətkəbə yola düşə bilirlər və bu baxımdan hər hansı maneəyə rast gəlmirlər.
Onlara belə bir sərbəstlik verən valideynləri isə təkcə uşaqlarına yox, həm də bütün cəmiyyətə güvənirlər. Dikson bildirir: “Bütün dünyada uşaqların çoxu müstəqildir. Yaponiyada Qərbdən olan insanlar bu etibar hissi və əməkdaşlığı məsələsində çox maraq göstərirlər ki, insanlar burada artıq söz danışmadan və öz şəxsi təşəbbüslərilə ümumi əməkdaşlığa gedirlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info