Gürcüstanda keçirilən beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunub
Tarix: 06.10.2015 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya, Boloniya sisteminin tam tətbiqinə nail olunması üçün təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Bu sahədə atılan mühüm addımlardan biri də müəlllim, tələbə mobilliyidir. Universitet əməkdaşları beynəlxalq layihələrdə, simpozium və konfranslarda, təmilləşdirmə kurslarında iştirak etməklə ali məktəbdə zəngin təcrübə əldə edir, tədrisin və təlimin dünya standartlarına uyğun, müasir səviyyədə qurulmasında fəal iştirak edirlər. Universitetin İngilis dili və tərcümə kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva bu günlərdə Gürcüstanın paytaxtı Tiflis şəhərində İvane Çavaxişvili adına Tiflis Dövlət Universitetinin, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun və Gürcü Müqayisəli Ədəbiyyat Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilən "Ədəbiyyatın müasir ənənələri" mövzusunda ənənəvi 9-cu beynəlxalq simpoziumda iştirak edib. Gürcü ədəbiyyatının klassiki, görkəmli Akaki Tsereteliyə həsr olunmuş, 18 ölkədən 120 nümayəndənin iştirak etdiyi beynəlxlaq simpoziumda Naxçıvan Dövlət Universitetini uğurla təmsil edən Süsənbər Ağamalıyeva “Müasir Amerika nəsrində Heminquey ənənələri” adlı elmi məruzə ilə ingiliscə çıxış edib. Məruzəçi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Amerika-Azərbaycan ədəbi-mədəni əlaqələrinə toxunaraq vurğulayıb ki, bu cür beynəlxalq simpoziumlarda ədəbiyyatın, mədəniyyətin vəzifəsi bütün dünyaya sülh və sabitlik, xalqlar arasında mehribanlıq və dostluq aşılamağa xidmət edir. O, həmçinin ulu öndər, Heydər Əliyevin "Mən istərdim Azərbaycan gəncləri Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizamini isə Azərbaycan dilində oxusunlar" müdrik kəlamını xatırladaraq dahi şəxsiyyətin müdrik ideyalarının ölkəmizdə həyata keçirilən düzgün daxili və xarici siyasət nəticəsində reallığa çevrildiyini qeyd edib.“Bu gün dünyada baş qaldıran bütün proseslərdə terror, ziddiyyətli və çaxnaşmalı hadisələr içərisində biz bütün dünyaya göstərə bilirik ki, 20 faiz torpaqları işğal altında olan Azərbaycan Avropa mədəniyyətinə, Amerika ədəbiyyatına və ali bəşəri dəyərlərə böyük diqqət göstərir və bu dəyərləri təbliğ edir", - deyə S.Ağamalıyeva bildirib. Məruzədə Azərbaycanını multikulturalizm ideyaları ilə zəngin bir tolerant ölkə, xalq olması tədbir iştirakçılarının diqqətinə çatdırlıb: "Multikulturalizm xalqımızın həyat tərzidir və biz bu həyat tərzi ilə gedirik. Biz bununla dünya ədəbiyyatını, mədəniyyətini öyrənirik və eyni zamanda bu gün böyük dəyərlərə sahib olan ölkəmizi dünyaya tanıda bilirik. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda sabitlik, yüksək iqtisadi inkişaf, düzgün siyasət vardır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasətinin uğurla davamının nəticəsində biz gənclər bu cür beynəlxalq simpoziumlarda fəal iştirak edir, həm özümüzü, həm ölkəmizi tanıdır, həm də dünyanı tanıyırıq. Biz eyni zamanda buradan bütün dünyaya bir mesaj göndəririk ki, ədəbiyyatın vəzifəsi tərbiyədir, mədəniyyətdir, insani xüsusiyyətlər formalaşdırmaqdır. Azərbaycan xalqı ziddiyyətlərdən, müharibələrdən, çaxnaşmalardan kənar yaşayan mədəni bir xalqdır və multikulturalizm məkanıdır. Azərbaycan xalqların və millətlərin uzun əsrlər boyu birgə yaşayış mərkəzi olub və biz dünya ilə məhz bu konteksdə öz əlaqələrimizi genişləndirmək istəyirik." “Ernest Heminquey və “Şərq” mövzusunda ciddi elmi axtarışlar aparan filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva, məruzəsində XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Ernest Heminqueyin yaradıcılığının müasir Amerika nəsrinin formalaşması və inkişafına təsir məsələlərinə toxunaraq, yazıçının ədəbi irsinin böyük məktəb rolu oynadığını bildirib. O, Heminqueyin əsələrindən sitat gətirərək yazıçının islamafobiyaya, ksenofobiyaya qarşı olduğunu, xalqlar arasında dini, irqi fəqin qoyulmasını və diskriminasiyanı pislədiyini bildirib. O, Ernest Heminqueyin “Əcəl zəngi” romanında Azərbaycan adını çəkməsindən, Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında yazıçıya olan münasibətdən bəhs edib, onu Şərqlə bağlayan məsələlərə toxunub. S.Ağamalıyeva qeyd edib ki, bütün yaradıcılığı boyu müharibə əleyhinə olan Ernest Heminqueyin əsərləri müharibə şəraitində olan Azərbaycanda və onun ayrılmaz parçası - 25 ildir ki, ermənilər tərəfindən blokadaya alınmış Naxçıvanda sevilə-sevilə öyrənilir. Müharibənin yaratdığı ağrıları öz tarixində və taleyində görən bir tədqiqatçı kimi S. Ağamalıyeva beləb bir elmi qənaətlə çıxış edib ki, Heminqueyin ədəbi və publisistik irsi bütün dövrlər üçün aktualdır.Gənc tədqiqatçı alimin elmi məruzəsi öz aktuallığ ilə seçilib və maraqla qarşılanıb. Belə ki, simpoziuma təqdim edilmiş ən yaxşı məruzələrdən biri hesab olunaraq, digər 8 azərbaycanlı almin elmi məruzəsi ilə yanaşı nəşrə tövsiyə olunan simpozium məqalələri sırasına daxil edilib, eyni zamanda Təşkilat Komitəsinin sertifikatına layiq görülüb.Naxçıvan Dövlət Universitetinin müəllimi Gürcüstanda keçiriləcək növbəti elmi konfranslarda iştirak etmək üçün dəvət alıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info