Hüquq sahəsində xidmətlərə görə də “Tərəqqi” medalı veriləcək
Tarix: 06.10.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.
İclasda “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, “Tərəqqi” medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsindəki xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir. Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur


İclasda “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Elmi təşkilatlarda magistratura yaradılacaq

İclasda “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişiklik magistratura ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən indiyə qədər magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb. Dəyişikliyə əsasən bundan sonra magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da yaradıla bilinəcək. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcək

Ölkədə avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər. İclasda İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişiklik səsvermə ilə qəbul edilib. Dəyişikliyə əsasən avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.

İnzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar

Azərbaycanda inzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar. Bununla bağlı iclasda İnzibatı Xətalar Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək. Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibatı xətalar törədilməsinin qarşısını almaqdır. Məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Ombudsmanın səlahiyyətləri artırılıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) səlahiyyətləri artırılıb.
Bununla bağlı iclasda “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən Ombudsmanın yaratdığı Milli Preventiv Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə daxil ola biləcək, miqrantlarla görüş keçirəcək, onların saxlanma şəraiti ilə tanış olacaq, həyata keçirdiyi tədbirlərin gedişi və nəticələrini protokollaşdıracaq.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info