“Azərbaycan yığması ilə görüş asan olmayacaq”
Tarix: 06.10.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


“60 min nəfərlik yeni stadionda ilk oyuna çıxacaqlar. Yəni tələyə düşməyimiz üçün hər cür təhlükə var”
İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Norveç yığmaları ilə futbol üzrə “Avro 2016”-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan əvvəl mətbuat konfransı keçirib. 46 yaşlı mütəxəssis final mərhələsinə vəsiqəni qarşıdakı oyunlarda təmin etmək fikrində olduqlarını bildirib. Ancaq baş məşqçi, Azərbaycan millisi ilə görüşün heç də asan keçməyəcəyini söyləyib: “Bu rəqib yaxşı komandadır, Robert Prosineçkinin rəhbərliyi ilə dörd görüşdən, o cümlədən Xorvatiya və Norveçdən xal almağı bacarıb. Ona görə də biz anlamalıyıq ki, Azərbaycanla görüş asan olmayacaq. Eyni zamanda, 60 min nəfərlik yeni stadionda ilk oyuna çıxacaqlar. Yəni tələyə düşməyimiz üçün hər cür təhlükə var. Bu görüşə köklənməyə çalışacağıq. Rəqib bizə hər an sürpriz etməyə qadir komanda təsiri bağışlayır. Bu, Fransada keçiriləcək final mərhələsinə gedən yolda bizim üçün çox vacib qarşılaşmadır. Ehtiyatlı olmalı, işləməli və Bakıda maksimum nəticə əldə etməyə çalışmalıyıq”. Konte yığmaya çağırdığı 27 futbolçudan birini geri göndərməli olduğunu da açıqlayıb. İtaliyalı mütəxəssis bildirib ki, bu, yığmaya zədəli halda gələn “Sassuolo” klubunun hücumçusu Domeniko Berardidir. Jurnalistlərin “Niyə Mario Balotellini çağırmadınız” sualına isə baş məşqçi deyib: “M.Balotelli öz üzərində yaxşı çalışmalıdır. Xahiş etdim ki, belə də davam etsin və yığmaya layiq olduğunu sübuta yetirsin”. Qeyd edək ki, İtaliya millisi Azərbaycan yığması ilə oktyabrın 10-da paytaxtımızda Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Bundan üç gün sonra “Skuadra Adzurra” Romada Norveçi qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info