“Rusiya bizi itirərsə, çox şey itirər”
Tarix: 07.10.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Bu gün Əsədi qorumaq istəyənlər var. İran və Rusiya bu sıradandır. İndi Rusiyanın bizim sərhədlərimizi pozması hadisəsi də yaşanır.NATO-nun bu barədə sərt ultimatumu oldu. Belə hallara səbr göstərməyimiz mümkün deyil”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Belçikanın baş naziri Şarl Mişel ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. R. T. Ərdoğan bildirib ki, bu arzuolunmaz addımları qəbul etmək Türkiyəyə yaraşmaz: “Baş verənlər NATO-nun da prinsiplərinə ziddir və NATO buna artıq reaksiya verib. Türkiyəyə qarşı atılan addım NATO-ya qarşı da atılmış olur. Rusiya ilə münasibətlərimiz ortadadır. Amma bizi itirə bilərlər. Rusiya Türkiyəni itirərsə, çox şey itirər”. Ərdoğan PKK-nın Suriya qolu PYD-nin “İŞİD”-ə qarşı mübarizə aparması səbəbindən bu qruplaşmaya müsbət yanaşılmasının yanlış olduğunu vurğulayıb: “”Əl Nüsra” terror təşkilatı da “İŞİD”-ə qarşı savaşır. İndi “Əl Nüsra” yaxşıdır? Amma PYD və PKK “İŞİD”-ə qarşı döyüşür deyə bunları yaxşı elan edənlər var”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info