“Petlim” limanı üzrə işlərin birinci fazası bu ayın sonuna kimi yekunlaşacaq
Tarix: 07.10.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


İzmirin Əliağa rayonunda inşası davam etdirilən “Petlim” konteyner limanı layihəsi üzrə görülən işlərin birinci fazası bu ayın sonuna kimi yekunlaşacaq. Limanın gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda limanda yüklərin qəbul olunaraq yola salınmasında istifadə ediləcək kranlar əraziyə gətirilib və yaxın zamanda qurğuların montajına başlanılacaq. 2013-cü ilin yayından bu vaxtadək layihə çərçivəsində ərazidə həyata keçirilən qazma işlərinin həcmi 4 milyon 800 min kubmetr olub. Ərazidə 330 min kubmetr sahəyə beton örtüyü vurulub, limanın dərinləşdirilməsi üçün dənizin dibindən 1 milyon 150 min kubmetr torpaq kütləsi daşınıb. Dənizin torpaqla doldurulması nəticəsində 53 min kvadratmetr quru sahə əldə edilib. Keçən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 30 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək. “Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info