Makkeyn: “Rusiya Əsədin köməyi ilə ABŞ-a “istehza” edir”
Tarix: 07.10.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Barak Obamanın rusiyalı həmkarı ilə görüşdən məğlub ayrılması barədə dolaşan xəbərlərə Amerika prezidenti özü münasibət bildirsə də, bu ölkənin nüfuzlu siyasətçiləri polemikadan kənarda qalmaq niyyətində deyillər. Amerikanın Arizona ştatının respublikaçı senatoru Con Makkeyn belə hesab edir ki, Rusiya Bəşər Əsədin köməyi ilə ABŞ-a qarşı “istehza və laqeydlik” nümayiş etdirir.
Vaşinqtonun isə Suriyadakı mövcud vəziyyət kontekstində heç bir strategiyası yoxdur. “Amerika Birləşmiş Ştatları hazırda Suriyada Rusiya ilə dolayı müharibə aparır”- deyə Con Makkeyn CNN telekanalına verdiyi müsahibədə bildirib. Amerikalı senator Suriyada iki ölkə - Rusiya və ABŞ arasında “vasitəçi müharibə” ilə bağlı Obamanın “Bu bizim tərəfimizdən o qədər də uğurlu strategiya deyil. Bu, şahmat oyununda olduğu kimi, supergüclər arasındakı heç bir rəqabət doğurmur” şərhinə də münasibət bildirib. Makkeynə görə, bu məsələdə, ümumiyyətlə, ABŞ-ın heç bir strategiyası mövcud deyil. Senatorun fikrincə, Rusiya bu istiqamətdə ABŞ-a qarşı “nifrət və etinasızlıq” nümayiş etdirir. Bəlkə də elə bunun nəticəsidir ki, BMT Baş Assambleyasındakı Putin - Obama görüşündən 48 saat sonra Rusiya öz döyüş təyyarələrini Suriyaya göndərdi. “Bu, ABŞ-a qarşı hörmətsizliyin təzahürüdür. Burada ən maraqlı cəhət ondan ibarətdir ki, ruslar müharibəni “İŞİD”-ə qarşı deyil, məhz Azad Suriya Ordusunun müəyyən qədər uğur əldə edən qüvvələrinə qarşı aparır”- deyə Makkeyn bildirib. Senator hesab edir ki, Vladimir Putin və Bəşər Əsəd Amerika Birləşmiş Ştatlarını "İŞİD"-lə Suriya lideri arasında seçim etmək məcburiyyətində qoyub. Telekanala verdiyi müsahibəsində Makkeyn “proxy war” - “dolayı müharibə” terminindən istifadə edib. Bu da “vasitəçi müharibə” və ya kənar əllər tərəfindən həyata keçirilən müharibə anlamını verir. Burada söhbət öz məqsədlərinə nail olmaq üçün iki dövlət hərbi əməliyyatları üçüncü bir dövlətin ərazisində aparmasından gedir. Qeyd edilməlidir ki, Makkeyn özünün antirusiya mövqeyi ilə tanınır. Bir müddət bundan əvvəl o, Amerika prezidentini Nyu-Yorkda Putinlə görüşdüyünə görə tənqid etmiş və Obamanı Rusiya prezidentinin “əlində” olduğunu bəyan etmişdi. Xatırlatmaq yerinə düşər ki, bir neçə gün əvvəl Amerika telekanallarından birinə açıqlama verən Makkeyn Suriyada Bəşər Əsəd əleyhinə döyüşən yaraqlıları Rusiya təyyarələrini vurmaq üçün raketlərlə təmin etmək təklifi ilə çıxış etmişdi. O, belə bir təcrübənin bir müddət əvvəl Əfqanıstanda həyata keçirdiklərini bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info