Köçəryan Sərkisyana qarşı çıxdı
Tarix: 07.10.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Bu cür radikal xarakterli konstitusiya islahatlarına ehtiyac yoxdur. Ölkənin qarşısında duran bütün problemlər funksionallığı şübhə doğurmayan mövcud konstitusiya çərçivəsində də həll oluna bilər. Bu layihə mənim ən pis gözləntilərimi üstələdi”.
“News.am” saytının verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryan konstitusiya islahatlarına münasibət bildirərkən deyib. Konstitusiya islahatları prezident Sərkisyanın təşəbbüsü ilə həyata keçirilir. “Burada dövlət idarəçiliyinin yarım prezidentli və parlamentli formalarından söhbət getmir. Konstitusiya layihəsi de-fakto təkpartiyalı sistemə keçidə, nəticə etibarilə də siyasi monopoliya və durğunluğa gətirib çıxara bilər. Sovet Konstitusiyası özündə çox gözəl sözlər birləşdirirdi, lakin 6-cı maddəsi kommunistlərin siyasi monopoliyasını qanuniləşdirdi. SSRİ-nin sonu isə hamıya bəllidir”, - deyə o vurğulayıb. Köçəryanın sözlərinə görə, konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə, eləcə də hakimiyyətdə tək partiyanın hökmranlığını nəzərdə tutur. O bildirib ki, indiki şəraitdə bu, bütün inzibati və maliyyə resurslarının bir partiyanın əlində cəmləşməsinə, siyasi monopoliyanın konstitusion normaya çevrilməsinə gətirib çıxaracaq: “Mən ölkəmə belə gələcəyi arzulamıram. Bu üzdən də birmənalı şəkildə bu islahatların əleyhinə çıxıram. Ermənistanın gələcəyi üçün həddən artıq təhlükəli olan böyük səhv edilir”. Sabiq prezident bu açıqlaması ilə açıq şəkildə Sərkisyana qarşı çıxıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info