Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmini qaydası təsdiqləndi
Tarix: 07.10.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası” təsdiqlənib.
Nazirlər Kabinetindən verilən məlumata görə, limanlarda qanunsuz müdaxilə aktı zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri insanların həyat və sağlamlığına zərər yetirən, limana və limanın infrastruktur obyektlərinə, eləcə də saxlanılan və daşınan yüklərə ziyan vuran əməllərin aşkarlanmasına, qarşısının alınmasına, aradan qaldırılmasına, habelə bu əməllərin nəticələrinin minimuma endirilməsinə, qanunsuz müdaxilənin səbəblərinin və ona şərait yaradan amillərin müəyyən edilməsinə yönəldilmiş texniki, təşkilati və hüquqi tədbirlər kompleksindən ibarətdir.
Administrasiya limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatı dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına, liman kapitanına və gəmilərin istismarçılarına ötürür və həmin məlumatın məxfi saxlanılmasını təmin edir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə, Administrasiya bu barədə Beynəlxalq Dəniz Təşkilatına məlumat verir.
Limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktının vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə liman idarəsi tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxslər müəyyən edilir.
Limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək üçün tədbirlərdən ibarət limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı tətbiq edilir.
Administrasiya, aidiyyəti hüquq-mühafizə orqanları, habelə liman idarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatların həqiqiliyini yoxlayır, onları dəqiqləşdirir və əlavə məlumatlar toplayır, sonra həmin məlumatları təhlil edir və mövcud təhlükə riskini qiymətləndirdikdən sonra daxil olmuş məlumatlar həqiqətə uyğun olmadıqda, limanın və liman infrastruktur obyektlərinin normal iş rejimini bərpa edir.
Təhlükə riski yüksək olduqda, limanın və limanın infrastruktur obyektlərinin, limanda olan gəmilərin mühafizəsinin gücləndirilməsi, o cümlədən limanın perimetri və ona bitişik ərazilərdə, liman kanallarında, gəminin lövbər dayanacaqlarında, həmçinin limanın və limanın infrastruktur obyektlərində patrul xidmətinin aparılması təşkil edilir.
Qanunsuz müdaxilə aktı baş verdikdə və yaxud onun törədilmə təhlükəsi olduqda, limanın ərazisində və limanın infrastruktur obyektlərinin qarşısında kənar nəqliyyat vasitələrinin durması və dayanmasının qadağan edilməsi, habelə məhdud girişli zonaya buraxılışın məhdudlaşdırılması tədbiri də həyata keçirilir.
Limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı baş verdikdə limanda yük və sərnişin daşınması əməliyyatlarının məhdudlaşdırılması və yaxud dayandırılması, xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması, gəmilərin hərəkət etməsi ilə bağlı göstərişlər verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info