“Avropanın Rusiya qazından imtina etməsi üçün heç bir iqtisadi səbəb yoxdur”
Tarix: 07.10.2015 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“Avropanın Azərbaycan və ya İran qazına üstünlük verərək Rusiya qazından imtina etməsi üçün hələ ki, heç bir iqtisadi səbəb yoxdur”.
Bunu “İzvestiya” qəzetinə müsahibəsində İran qazının bazara qayıdışının mümkün nəticələrindən danışarkən Qaz İxracatçı Ölkələri Forumunun (GECF) baş katibi Səid Məhəmməd Hüseyn Adeli deyib.
Onun sözlərinə görə, İranda qaz hasilatının maya dəyəri Rusiyadan xeyli yüksəkdir, TANAP daxil olmaqla yeni qaz kəmərləri isə çox yavaş tikilir: “Mənim müşahidələrimə görə, İran maye qaza üstünlük vermək niyyətindədir, çünki İrana qazı Ərəb dənizindən Asiyaya tədarük etmək daha sərfəlidir. İran qaz borusunun Türkiyə ərazisindən uzadılması isə uzunmüddətli layihədir və onun üçün hələlik heç bir zəmin yoxdur”.
Qeyd olunan layihələrin reallaşacağı müddətə dair proqnoz verən Səid Məhəmməd Hüseyn Adeli Azərbaycanın Avropa İttifaqının qaz-boru sisteminə 2022–2025-ci illərdən tez olmayaraq, İranın isə daha gec qoşulacağına əmin olduğunu bildirib: “Onlar, ümumiyyətlə, Aİ-nin hazırkı tələbatının yalnız bir neçə faizini ödəmək imkanına malikdirlər. Hazırda Aİ tələbatının 1/3 hissəsini məhz Rusiya təmin edir, TANAP-ın istifadəyə verilməsindən sonra bu göstərici yalnız 25-28 faiz səviyyəsinədək enə bilər. Bunu tək biz, yəni GECF, yox, Aİ-də də anlayırlar. Bizim mövqe ondan ibarətdir ki, Rusiya Aİ bazarında dominant yerini saxlayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info