“Rusiyanın hava zərbələri “İŞİD” terrorçuları arasında çaxnaşma yaradıb”
Tarix: 07.10.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Rusiya federasiyası Müdafiə Nazirliyi Rusiyanın hava zərbələrinin “İŞİD” terror qruplaşmasının sıralarında çaxnaşma yaratdığını bildirib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, silah-sursat anbarlarına və komanda məntəqələrinə endirilən zərbələr silahlılar arasında çaxnaşma yaradıb.
Həmçinin o bildirib ki, Rusiya aviasiyası Suriyanın İdlib vilayətində “İŞİD”in təlim düşərgəsini də məhv edib. Onun sözlərinə görə, “SU-24” təyyarəsi terrorçuların düşərgəsini darmadağın edib. “Terrorçuların hazırlığı üçün nəzərdə tutulmuş təlim düşərgəsi bombardman olunaraq tamamilə məhv edib”, deyə İqor Konaşenkov bildirib.
Qeyd edək ki, elə həmin “SU-25” təyyarələri terrorçuların daha bir bazasını da məhv ediblər: “Hava zərbəsi nəticəsində terrorçuların maddi-texniki ehtiyatları, silah-sursatı və ərzaq ehtiyatlarının saxlanıldığı çoxlu sayda tikili dağıdılıb”.
Onu da bildirək ki, oktyabrın 6-da Rusiya təyyarələri “İŞİD”in 12 obyektinə zərbələr endirib, onlarla terrorçu məhv edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info