Türkmənistan ASAN Xidmət modelinin tətbiqi imkanını nəzərdən keçirir
Tarix: 07.10.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


ürkmənistan Azərbaycanın ASAN Xidmət bazasında əhaliyə göstərilən innovativ xidmət modelilə yaxından maraqlanır. SİNAM şirkətindən verilən məlumata əsasən, ASAN Xidmət Türkmənistanın ən böyük şirkətlərindən biri olan “Qaraqum”un dəstəyilə təşkil edilmiş “Turkmentel 2015” sərgisində təmsil olunub.
ASAN Xidmətin Türkmənistanda tətbiqi barəsində müsbət qərar qəbul olunarsa, o zaman sözügedən innovativ modelin Türkmənistanda gerçəkləşdirilməsi üçün müvafiq konsorsiumun yaradılması planlaşdırılır. Azərbaycan tərəfindən konsorsiuma Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyilə Mərkəzi Asiya ölkələrində mühüm avtomatlaşdırma sistemlərini tətbiq etməklə bu sahədə böyük təcrübə qazanmış SINAM şirkəti daxil olacaq. SINAM şirkəti Türkmənistanın ASAN Xidməti üçün nəzərdə tutulmuş e-platformların quraşdırılmasılə məşğul olacaq.
Türkmənistan bu konsorsiumda “Qaraqum” şirkətinə bağlı “Turkmentolek” şirkətilə təmsil oluna bilər. “Qaraqum” şirkəti 1989-cu ildən Türkmənistanın müxtəlif sahələrində iri layihələrin reallaşdırılması ilə məşğuldur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə tətbiq olunan milli ASAN Xidmət modelinin ən vacib xüsusiyyəti hökumət qurumlarının vətəndaş və biznes-qurumlarla əlaqələrinin tam şəffaflığını təmin etmək, daha qısa müddətdə arayış və sənədlərin alınması və dəyişdirilməsi üçün müvafiq şərait yaratmaq. Müxtəlif beynəlxalq təşkilatlar dəfələrlə ASAN Xidmət modelini korrupsiyaya qarşı aparılan mübarizənin effektiv aləti adlandırmış, elektron hökumət istiqamətində atılan mühüm addım kimi yüksək qiymətləndirib.
Türkmənistan əhali və biznesə xidmət göstərən bütün nazirlik və digər hökumət qurumlarının qoşulacağı və “bulud” texnologiyalarının tətbiqilə yaradılacaq vahid hökumət e-platforması layihəsini reallaşdırmasğı düşünür. Təcrübə göstərir ki, məhz müasir yüksək texnologiyaların tətbiqi əhali və biznes-qurumlarına göstərilən sosial innovativ xidmətlərin effektivliyini dəfələrlə artırmağa imkan verir.
Qeyd etmək lazımdır ki, 2016-cı il Türkmənistanda avtomatlaşdırma ili elan edilib və bununla əlaqədar olaraq ölkənin yüksək texnologiyalar sahəsində müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info