Səbaildə abadlıq-quruculuq işləri ilə bağlı yeni layihələr
Tarix: 07.10.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda paytaxtın paytaxtı adlandırılan Səbail rayonunda da öz əksini tapmaqdadır.
Səbail Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, yaxın günlərdə sovetlər dönəmində nizamsız, heç bir layihəyə uyğun olmadan özütikili evlərin çoxluq təşkil etdiyi, rayonun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl-20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaq.
Bakı şəhərindən respublikamızın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma tələb olunurdu. Bununla əlaqədar artıq respublikanın tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində aparılacaq yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanacaq.
Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, məhəllədaxili yolların təmiri və işıqlandırılması, burada tam yeni infrastrukturun yaradılması da nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info