Naxçıvan Dövlət Tarix Muzeyində dəyirmi masa keçirilib
Tarix: 07.10.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhərindəki mədəniyyət müəssisələrinin nümayəndələri, Naxçıvan Universitetinin tələbələri, Naxçıvan şəhərindəki tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Yıgncaq iştirakçıları ilk əvvəl “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgiyə baxmışlar.
Dəyirmi masanı giriş sözü Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilməkdədir.
Dəyirmi masada mövzu ətrafında “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva, Naxçıvan Dövlət Tarix Muzeyinin bələdçisi Sevinc Səbzəliyeva, Naxçıvan Qızlar Lisseyinin müəllimi Gülşən Ağayeva, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Şəhla Talıbova “Kitabi-Dədə Qorqud” dastanının yaranma tarixi, onun ilk dəfə elmə məlum olması, adının əbədiləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması, Naxçıvanla bağlılığı və gənc nəslin milli-mənəvi tərbiyəsində rolundan danışmışlar. Çıxışlarda vurğulanmışdır ki, “Dədə Qorqud dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid abidədir. Görkəmli dövlət xadimi Heydər Əliyev dastanın dünya miqyasında tənliği, və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi.Ulu öndərin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixli sərəncamı damahiyyət etibarilə bu böyük Azərbaycançılıq abidəsinin dünya mədəniyyəti səviyyəsində dəyərləndirilməsinin məntiqi davamıdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info