ADNSU rektoru tələbələrə “Açlq qapı” keçirdi
Tarix: 07.10.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Mustafa Babanlı: “Bu universitetin potensialı inanılmaz dərəcədə yüksəkdir”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı akt zalında tələbələrlə görüş keçirdi. Bakalavr təhsili alan 1-4- cü kurs tələbələri ilə keçirilən “açıq qapı” görüşündə rektora müxtəlif mövzularda suallar ünvanlandı. Hər bir sual ətraflı izah olunmaqla cavablandırıldı və hər bir kəsin – tələbənin, müəllimin öz işindəki məsuliyyət dərəcəsi bir daha qeyd edildi. Tələbələr tərəfindən qaldırılan bir çox problemlərin həlli ilə bağlı prorektor və dekanlara göstərişlər verildi.
Rektor belə görüşlərin semest ərzində iki dəfə - başlanğıc və imtahanlar ərəfəsində keçiriləcəyini, hər bir görüşdə tələbələrin öz fikirlərini ifadə etmələri üçün onlara sərbəstlik veriləcəyini dedi. Onun sözlərinə görə, bu görüşlər elə bir müstəvidə olacaq ki, hər bir iştirakçı bundan zövq alacaq.
“Bizim əsas məqsədimiz innovativ düşüncəli, kreativ gənclər hazırlamaqdır. Bu yolda mən heç nədən çəkinməyəcəm və usanmayacam. Biz unversitet rəhbərliyi olaraq xoşbəxtik ki, sizin kimi tələbələrimiz var. Sizin xırda səhvlər bağışlana bilər. Ancaq mənim səhvim prorektorların, dekanların səhvi bağışlanmazdır, çünki bundan daha çox insan əziyyət çəkə bilər”.
Rektor hər bir tələbənin universitetin adına layiqli davranmağı, oxumağı tövsiyə etdi: “Xahişim yalnız oxumaqdır”- dedi
M.Babanlı bu nüfuzlu ali təhsil müəssisəsinin tarixi əzəmətinin qaytarılması, inkişaf etdirilməsi üçün istər tələbənin, istərsə də müəllimin cəmiyyət üçün nümunə olması zərurətini qeyd etdi və mövcud problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi:
“Sizin bu gözəl simalar, bu ümid dolu baxışlar mənə ünvanlanıb. Mən də öz növbəmdə söz verirəm ki, bu baxışların hər birini öz fəaliyyətimlə doğrultmağa çalışacağam”.
Rektor görüşdə müəllim - tələbə münasibətləri, tələbələrin dərsə, dəvamiyətə münasibəti ətrafında danışdı, müəllimləri ədalətə, düzgünlüyə çağırmaqla bu prinsipi pozanların mütləq şəkildə cəzalandırılacağını bəyan etdi.
O, tələbələrə müraciət edərək, burada sizə dərs deyən müəllimlər ən yüksək ada, ən yüksək ləyaqətə, ən yüksək hörmətə layiqdirlər dedi:
“Sizə dərs deyən müəllimlərin peşəkarlığı, elmi səviyyəsi, vətənpərvərliyi, ideoloji baxımdan ölkəyə böyük bağlılığı var. Bu Universitetin potensialı inanılmaz dərəcədə yüksəkdir. Lakin bu potensialın necə və nəylə istifadə olunnması ilə bağlı yaranan suallara cavab axtarılmalıdır”.
Rektor ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salaraq, onun Azərbaycan xalqına xidmətini, azərbaycanlı olması ilə fəxr etməsini və bunu qəhərlənə-qəhərlənə dilinə gətirməsini hər bir gənc üçün örnək məqam kimi ifadə etdi. “Bu adi sözlər deyildi. Bunu yaşamaq lazımdır ki, o sözləri ifadə edəsən. Deməli, insan öz xalqına, öz vətəndaşına, öz ziyalısına, öz həmfikirlisinə qulluq edəndə, o, həyatını birmənalı dolğun yaşaya bilir. Bu gün ölkəmizin başçısı cənab İlham Əliyev istəyir ki, gənclərə daha çox diqqət yetirilsin, istəyir ki, gənclərin həyata açılması ilə bağlı bir çox problemlər aradan qaldırılsın. Universitetdə sizin buna vaxtınız, imkanınız var. Siz bu həyata köklənmək üçün öz üzərinizdə işləməlisiniz”.
M.Babanlı diqqəti Prezidentin bir günün içərisində imzaladığı iki sərəncama – Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması və yeni rektorun təyin edilməsi ilə bağlı məsələyə də yönəltdi.
Daha sonra rektor tələbələrin müxtəlif səpkili - 1-ci kursalarda imtahanların test üsulu ilə keçirilməsi, unversitetdə olan köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsi, tibb cihazları, imtahan proseslərində obyektivliyin qorunması, labaratoriya işlərinin qəbulu və ona tələb olunan münasibətlər, auditoriyalarda sakitliyin təmini, İdman klubunun təmiri və sair sualları ətraflı şəkildə cavablandırdı.
Görüşdə universitetin adının dəyişməsi ilə paralel diplomların dəyişdirilməsi məsələsinə də toxunuldu. Rektor dedi ki, universitetin loqasının hazırlanması işi bitdikdən sonra tələbə biletləri, diplomlarda universitetin yeni adı yazılacaq.
Rektor əlil tələbələrin pilləkənləri çıxmaları ilə bağlı yaranan problemlərlə bağlı tələbələrin qaldırdığı məsələyə xüsusilə diqqət çəkdi və aidiyyatı şöbələrə göstərişlər verdi. Bildirdi ki, universitetdə təhsil alan əlillərə diqqət və qayğı göstərilməli, onlara hər cür yardım edilməlidir.
Tələbələr öz suallarında gənc müəllimlərə olan ehtiyacdan danışdılar. Eyni zamanda xarici ölkələrdə təhsil, xarici proqramlar üzrə tələbələrin Universitetdə aldığı təhsil və universitetlərlə əməkdaşlıq məsələləri ilə bağlı məqamlara toxunuldu. Görüşdə gənclər arasında vətənpərvərliyin daha da dərk edilməsi yönündə vətənpərvərlik klublarının fəaliyyət göstərməsi, elmi kitabxanalar nəzdində mərkəzin yaradılması, pulsuz dil kurslarının açılacağı və sair məsələlərə toxunuldu.
Demək olar ki, bütün tələbələr rektora sual ünvanlamağa hazır idilər. Tələbə müəllim, tələbə-universitet münasibətləri müstəvisində hər bir detalla bağlı rektora şifahi və yazılı müraciət olundu. Rektor həlli mümkün olan hər bir məsləyə adekvat yanaşdı.
ADNSU Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info