“Bakcell“: “Abşeron yarımadasının bütün ərazisi 4G şəbəkəsi ilə əhatə olunacaq”
Tarix: 07.10.2015 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə özünün 4G şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi planlarını elan edir. Bu barədə İKT.lent.az-a "Bakcell"dən məlumat verilib.
Şirkətin İdarə Heyətinin 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, 2016-cı ilin 1-ci rübündə "Bakcell" şirkətinin super yüksək sürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək. Beləliklə, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq. Rəqəmlərlə ifadə etdikdə, bu o deməkdir ki, "Bakcell" şirkəti növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq. "Bakcell" şirkəti smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Özünün 400 baza stansiyası ilə "Bakcell" şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. "Bakcell"in 4G şəbəkəsi Bakı əhalisinin 90%-ni əhatə edir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75%-ni əhatə edəcək.
“Bakcell" öz şəbəkəsini digər operatorlardan daha tez genişləndirmək imkanına malikdir, çünki indi biz abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikik. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik. Əhatə dairəsinin daha geniş olmasını, habelə 4G şəbəkəsinin imkan verdiyi internetə yüksək sürətli çıxışı tələb edən smartfon istifadəçilərinin spesifik tələbatlarını təmin etmək üçün Bakcell şirkəti özünün 4G LTE şəbəkəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır”, deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
2015-ci ildə Azərbaycan Respublikası ərazisində keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, Bakcell şirkəti özünün 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.
“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. Bakcell şirkət qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir. Bakcell şirkətinin 4G LTE xidmətinin istifadəyə verildiyi vaxtdan biz istifadəçi davranışında iki əsas istiqaməti müşahidə etmişik. Bakcell şirkətinin 4G abunəçiləri 10 dəfə daha yüksək sürətli mobil data xidmətlərindən orta hesabla iki dəfə çox istifadə edirlər və 4G xidmətindən istifadə etməyə yeni başlayan müştərilər arasında müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb”, - deyə "Bakcell" şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.
"Bakcell" şirkəti 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılması imkanlarını nəzərdən keçirməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info