Qəbələdə bal istehsalı artıb
Tarix: 08.10.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Son illər arıçılığın sürətlə inkişaf etdirildiyi Qəbələ rayonunda arı ailələrinin sayı və məhsuldarlıq ildən-ilə artırılır. Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən bildiriblər ki, dağlıq və düzənlik əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 36 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradıb və 192 yeni arı ailəsi formalaşdırılıb. Hazırda Qəbələdə arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 633-ə, arı ailələrinin sayı isə 1625-ə çatıb. Qəbələnin Vəndam qəsəbəsində 25 ildir arıçılıqla məşğul olan Tahir Rəcəbov deyir ki, rayonda arıların qidalanması üçün 50-yə yaxın bitki mövcuddur. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün arı ailələrinə xüsusi qulluq göstərmək lazımdır. Mütəxəssis təmiz balı saxta baldan ayırmağın yollarını izah edərək deyib: “Təmiz balı yandıranda o, yanmamalı, yağ kimi əriməlidir. Bal süzüləndə qaşıqda qalmalı, uzun müddət qalan bal isə kərə yağına bənzər görünüş almalıdır. Balın rəngində müəyyən fərqlərin olması arıların qidalandığı çiçəklərlə əlaqədardır. Ötən illərə nisbətən bu il daha çox məhsul əldə edilib. Ümumiyyətlə yaxşı qulluq olunarsa, hər arı ailəsindən ildə 10 kiloqrama yaxın bal almaq mümkündür”. İnsan orqanizmi üçün əhəmiyyətinə görə, balın üstünlüklərinin olduqca çox olduğunu deyən mütəxəssis bu faydalı həşəratın baldan daha keyfiyyətli məhsullar da istehsal etdiyini bildirib. Belə ki, bal məhsulu ilə müqayisədə arı südü 18 dəfə güclüdür. Çiçək tozu epilepsiya, bir sıra qan xəstəliklərinin müalicəsində əhəmiyyətli rola malikdir. Arı zəhəri, qara mum və sadə mum da arının keyfiyyətli məhsullarından hesab olunur. Qeyd edək ki, ötən il Qəbələ arıçıları 9 min 800 ton bal istehsal ediblər. Bu il isə arıçılar 11 min tona yaxın məhsul götürüblər. Yaxın illərdə rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının 2 dəfə artırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
18.09.2020
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu
17.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
17.09.2020
Azərbaycanda 119 nəfər koronavirusa yoluxdu, 140 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info